2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslərin
Milli Dirçəliş Hərəkatı
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınması haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar
¹15/96
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan
Respublikasının Prezidentliyinə
namizəd irəli sürmüş Milli Dirçəliş Hərəkatı
Partiyası 2013-cü il
13 avqust tarixli iclasının 08/02 və
08/03 saylı qərarları
ilə səlahiyyətli
nümayəndə və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə təyin
etmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədləri Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş
müddətdə və
qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə
əsasən qərara alır:
1.
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
aşağıdakı şəxslər Milli
Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsi kimi qeydə
alınsınlar:
1.1. Səlahiyyətli
nümayəndə:
Arif Sadıx oğlu
Abbasov.
1.2. Maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndə:
Çingiz Yusif oğlu Əhədli.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.08.2013
Azərbaycan. - 2013.- 18 avqust.- S. 10.