2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ərəstun Məmməd oğlu Oruclunun namizədliyinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹15/97

 

2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Ərəstun Məmməd oğlu Oruclunun namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 12-də namizədin özü tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən qərara alır:

 

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ərəstun Məmməd oğlu Oruclunun namizədliyi təsdiq edilsin.

 

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.      

 

 

Sədr        Məzahir Pənahov

 

Katib       Arifə Muxtarova

 

Katib       Mikayıl Rəhimov

 

17.08.2013

 

Azərbaycan. - 2013.- 18 avqust.- S. 10.