2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi təsdiq olunmuş
İlqar Əli oğlu
Məmmədovun səlahiyyətli nümayəndələrinin
qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar
¹15/98
2013-cü il
oktyabrın 9-na təyin
edilmiş Azərbaycan
Respublikası Prezidentinin
seçkilərində Azərbaycan
Respublikasının Prezidentliyinə
namizədliyi təsdiq
olunmuş İlqar Əli oğlu Məmmədov səlahiyyətli
nümayəndələr təyin
etmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədləri Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş
müddətdə və
qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslər
namizədliyi təsdiq edilmiş İlqar Əli oğlu Məmmədovun
səlahiyyətli nümayəndələri kimi
qeydə alınsınlar:
Zaur Əhməd oğlu Məmmədov.
Ramil Zahid oğlu Hüseyn.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.08.2013
Azərbaycan. - 2013.- 18 avqust.- S. 10.