Uğurlu tərəfdaşlıq modeli

 

Dünyanın fövqəlgüc dövlətlərindən olan Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə növbəti dəfə birmənalı dəstəyini bildirdi

 

Azərbaycanın yaxın qonşusu, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya Federasiyası ilə münasibətlər zəminində əldə edilmiş nəticələr son dərəcə əhəmiyyətlidir. Ən yeni tarixə qısa ekskurs edərək xatırladaq ki, sovetlər birliyi dönəmində də Rusiya ilə Azərbaycanın münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə qurulmuşdu.

Sovetlər birliyi dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ittifaqın iqtisadiyyatında çox mühüm rol oynayırdı. Respublikamız benzinin yüksək növlərini, sürtkü yağları, neft kimyası, əlvan və qara metallurgiya məhsulları, yüksək keyfiyyətli neft avadanlığı (ittifaqda istehsal olunan bu cür avadanlığın 70 faizindən çoxu), elektrik cihazları və avadanlığı, kondisionerlər, elektronradiotexnika məhsulları, geniş çeşiddə yüngül sənaye malları və digər məhsulları Rusiyaya ixrac edirdi. Azərbaycanın kənd təsərrüfatı məhsullarına - meyvə-tərəvəzə, konservlərə, şərablara da Rusiyada böyük tələbat vardı.

 

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya münasibətləri

 

Azərbaycan-Rusiya münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun istiqamətdə təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən irəli gəlmişdir. Faktiki olaraq bu kursu mümkün alternativlər sırasından Azərbaycanın perspektivimilli təhlükəsizliyi baxımından ən uğurlu seçimi hesab etmək olar. Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Rusiya-Azərbaycan münasibətləri yenidən inkişaf dövrünə qədəm qoydu. Xüsusilə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana ilk rəsmi səfəri ilə iki ölkə arasında qarşılıqlı münasibətlərin yeni prinsiplərinin əsasını qoyan Bakı Bəyannaməsi imzalandı. 2001-ci il 9 yanvarda imzalanmış Bakı Bəyannaməsində göstərilirdi ki, "Rusiya Federasiyası və Azərbaycan Respublikası onların dövlət suverenliyi və müstəqilliyinə qarşılıqlı hörmət etmək, bərabərhüquqlu və bir-birinin daxili işlərinə qarışmamaq, zor işlətməmək, təhlükə qüvvəsindən istifadə etməmək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, mübahisələrin sülh yolu ilə həll olunması, həmçinin beynəlxalq hüququn qəbul edilmiş normalarının prinsipləri əsasında ikitərəfli əlaqənin yeni, strateji əməkdaşlığın daha yüksək mərhələsinə qaldırılması məqsədini güdürlər".

2002-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri ilə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsası qoyuldu. Səfər zamanı ən müxtəlif sahələrdə, o cümlədən Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında birgə bəyanat imzalanmışdır. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" daha bir ziddiyyətli məsələnin həllini sürətləndirmişdir. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinin prinsipial əsaslarını nəzərdə tutan bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirmişdir.

Diplomatik münasibətlərin uğurla qurulmasında xalqların mədəni-tarixi bağlılığı da mühüm rol oynadığından rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafında bu amili daim diqqətdə saxlamışdır. Azərbaycanın sivilizasiyalararası dialoq təşəbbüskarı kimi çıxış etməsi, ölkədə milli azlıqların bütün hüquqlarının yüksək səviyyədə qorunması, tolerantlıq mühitinin hökm sürməsi Rusiya-Azərbaycan münasibətlərinə müsbət impulslar vermişdir. Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi açılmışdır. Rusiya dövlətinin iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqaysındakı nüfuzu, eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmağa nail olmuş yeganə respublikadır. Azərbaycan ilə Rusiya arasında münasibətlər geniş sahələri əhatə edir. Dmitri Medvedevin prezidentliyi dövründə də ölkələrimiz arasında münasibətlərdə uğurlu nəticələr əldə edilmişdir. Rusiyanın keçmiş prezidentinin ölkəmizə səfəri çərçivəsində bir sıra mühüm razılıqar əldə edilmişdir. Xəzəryanı ölkələrin Bakı sammitiçox yüksək səviyyədə keçirilmiş, regional məsələlərdə ölkələrimiz arasında qarşılıqlı anlaşma əldə edilmişdir. Rusiyada son prezident seçkilərində böyük qələbə qazanan Vladimir Putin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi istiqamətində davamlı addımlar atır.

 

Regional və beynəlxalq əməkdaşlığa uğurlu nümunə

 

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana bu səfəri iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini göstərdi. Bu səfər bir daha təsdiqlədi ki, iki qonşu dövlətin mövqeyi bir çox regional və beynəlxalq məsələlərdə üst-üstə düşür. Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətləri belə xarakterizə edib: "Bugünkü səfər bizim münasibətlərimizin nə dərəcədə dinamik, uğurlu inkişaf etdiyini, ölkələrimizin və xalqlarımızın amallarına nə dərəcədə uyğun olduğunu bir daha nümayiş etdirir. Səfər çərçivəsində biz münasibətlərimizin çox geniş gündəliyini nəzərdən keçirdik, qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etdik və münasibətlərimizin gələcək inkişaf yollarını qeyd etdik. Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluğa, mehriban qonşuluğa, xalqlarımızın tarixinə, onların ortaq taleyinə, bu gün isə həm də qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır.

Siyasi sahədə münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq. Biz beynəlxalq təşkilatlarda dostlar, tərəfdaşlar kimi əməkdaşlıq edirik. Bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Biz bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyirik və gələcəkdə də beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək siyasətini davam etdirəcəyik".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündən sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur. Bu sırada "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Neftyanaya kompaniya "Rosneft" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında saziş" və "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Neftyanaya kompaniya "Rosneft" Açıq Səhmdar Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri", "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi arasında 2013-2015-ci illər dövrü üçün kompleks əməkdaşlıq planı", "Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında Aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında Saziş", "Rusiya-Azərbaycan dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri rayonunda Samur çayı üzərindən avtomobil körpüsü tikilməsi haqqında Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Saziş" və "2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı"nı misal göstərmək olar. 

Rəsmi Moskvanın Cənubi Qafqazın ən aparıcı ölkəsi olan Azərbaycana münasibətində etimadinam getdikcə möhkəmlənir. Prezident Vladimir Putinin Bakıya səfəri həm də ikitərəfli münasibətlərin genişlənməsində mövcud potensialdan daha səmərəli istifadənin zəruriliyini ön plana çıxardı. Rusiya ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın dərinləşdirilməsini zəruri edən başlıca amillərdən biri də məhz ölkələrimiz arasında tarixən formalaşmış iqtisadi əlaqələrdir. Bu sahədə də əldə olunan nəticələr onu deməyə əsas verir ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.

 

Azərbaycanın ən etibarlı ticarət tərəfdaşı

 

 

 

Son illərin təcrübəsi təsdiq edir ki, qonşu dövlətlərin regionları arasında əlverişli ticarət-iqtisadi və investisiya mühitinin formalaşdırılması bir çox dünya ölkələrinin rastlaşdığı qlobal maliyyə böhranının mənfi nəticələrinin qarşısını almağa da imkan yaradır. Bu baxımdan, Rusiya və Azərbaycanın regionlararası əməkdaşlıq təcrübəsi yaxşı nümunə ola bilər. Hazırda respublikamız Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əlaqələr qurmuş, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalamışdır.

Məlumat üçün bildirək ki, Rusiya Federasiyasının 83 subyektindən 70-i Azərbaycan ilə əməkdaşlıq edir. 1994-2012-ci illərdə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyasının subyektləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair 30-dan çox saziş imzalanmışdır.

Rusiya Prezidenti Vladimir Putin bu mövzuda danışarkən bildirib: "Rusiya ənənəvi olaraq Azərbaycan ilə ticarət dövriyyəsində aparıcı yerlərdən birini tutur. Biz ikinci yerdəyik. Birinci yeri İtaliya tutur. Lakin biz yaxşı bilirik ki, bu, əsasən İtaliyaAvropa bazarına karbohidrogen xammalı satışı hesabına yaranmışdır. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi isə qat-qat artıq dərəcədə tarazlaşmış, mütəxəssislərin təbirincə desək, nəcib xarakter daşıyır. Burada maşınlar, avadanlıq, ərzaq, bir sözlə, həm Azərbaycan iqtisadiyyatı üçün, həm də Rusiya Federasiyasının iqtisadiyyatı üçün həyati əhəmiyyətli məhsullardan söhbət gedir.

Bu cür yüksək göstəricilər əldə edilməsinə regionlararası və sərhədyanı intensiv əlaqələr çox kömək edir. Bunu demək kifayətdir ki, Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan ilə sıx işgüzar əlaqələr saxlayır.

Qeyd etməliyəm ki, Azərbaycanda 500-dən çox Rusiya şirkəti işləyir, onların fəaliyyəti sosial-iqtisadi inkişaf üçün ən mühüm sahələrin geniş spektrini əhatə edir - yanacaq-energetika kompleksi, avtomobil sənayesi, maliyyə, sığorta fəaliyyəti, səhiyyə. Yaxşı məlumdur ki, bunlar faktiki məişət səviyyəsidir, lakin əslində, böyük iqtisadi əhəmiyyət kəsb edir. Hamı yaxşı bilir ki, Rusiyada kifayət qədər çoxlu Azərbaycan vətəndaşı işləyir, onların sayı bir milyondan artıqdır, Rusiya vətəndaşlığı olan azərbaycanlıları da nəzərə alsaq, bu, iki milyondan çoxdur".

Əmtəə dövriyyəsinin strukturu çox müsbətdir. Hərbi-texniki sahədə də fəal əməkdaşlıq müşahidə olunur. Bu gün Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollarla ölçülürbu göstərici artmaqdadır. Azərbaycan artıq haqlı olaraq dünyada ən yaxşı texnikadan biri sayılan Rusiya texnikasının alıcıları olan aparıcı ölkələr sırasına daxildir.

 

Humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir

 

Ölkələrimiz xalqlarımız arasında humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi binasının açılışı buna əyani misaldır. Mərkəzin fəaliyyəti Azərbaycan ictimaiyyətini Rusiyanın müxtəlif sahələrdə qazandığı uğurlarla, onun mənəvi irsi, zəngin elmi mədəni potensialı ilə tanış etməyə, eləcə ikitərəfli mədəni, təhsil, elmi-texniki proqramların, işgüzar əlaqələrin güclənməsinə kömək etməyə yönəlmişdir. Mərkəzin uğurlu fəaliyyəti Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsi möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımdır. Mübadilə proqramları da vətəndaşlar, elm, mədəniyyət təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə kömək etmişdir. Həmin tədbirlərin uğurla nəticələnməsi xalqların tarixi talelərinin yaxınlığını, mədəniyyətlərin dialoqunda varisliyin saxlanılmasına səy göstərildiyini bir daha təsdiq etmişdir. Bu təşəbbüslər dövlət səviyyəsində humanitar sahədə əməkdaşlıq proqramı ilə dəstəklənir. Proqram həm qarşılıqlı əlaqələrin ənənəvi formalarını, həm incəsənət, elm təhsil, informasiya gənclər siyasəti sahələrində əməkdaşlığın yeni istiqamətlərini nəzərdə tutur.

Azərbaycanda rus dilində fəaliyyət göstərən məktəblərdə rus dili yüksək peşəkar səviyyədə öyrənilir, rus mədəniyyəti incəsənəti üzrə mütəxəssislər hazırlanır. Belə ki, ölkəmizdə tədrisin rus dilində həyata keçirildiyi 335 məktəb var. Bu məktəblərin 15-də tədris sırf rus dilindədir, 27 universitetdə rus dilində tədris aparılır.

Rusiya-Azərbaycan əlaqələri son 10 ildə daha da inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtsadi, mədəni digər sahələrdə əməkdaşlığın güclənməsi perspektivdə daha böyük işlərin görülməsini vacib edir.

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2013.- 17 avqust.- S. 7.