Təhsilə
qayğı dövlət siyasətinin prioritet
istiqamətidir
Dünya praktikası göstərir
ki, bu gün
insanın inkişafı sahəsində əsas
ağırlıq məhz elm-təhsil sisteminin
üzərinə düşür. Bu sahələr
əhalinin həyat səviyyəsinin yüksəldilməsinin,
insan inkişafı indeksinin
ən mühüm amillərindən biri olmaqla hər bir ölkənin sosial-iqtisadi
inkişafının sürətlənməsinə də hərtərəfli
təsir göstərir. Elm, təhsil
insanın istedadının, intellektinin
üzə çıxmasına kömək göstərən
mühüm vasitə olaraq
cəmiyyətin inkişafının özülünü
təşkil edir.
Hər bir xalq inkişaf
yolunu məhz malik olduğu elmi-intellektual potensialla müəyyənləşdirərək
dünya miqyasında layiqli
yer tutmaq imkanı
qazanır. Təcrübə göstərir ki,
milli intibahı təmin edən
başlıca vasitə - təhsil həm də cəmiyyət
qarşısında dayanan bir
çox əsaslı problemlərin həllində
vacib rol oynayır. Mütərəqqi
yeniliklərin tətbiq olunması yolu ilə
milli təhsil sisteminin
müasirləşdirilməsi, bir ictimai-iqtisadi formasiyadan digərinə
keçid dövründə bu sahədə özünü
göstərən obyektiv problemlərin tam aradan
qaldırılması son illərdə Azərbaycanda
həyata keçirilən dövlət siyasətinin tərkib
hissəsinə çevrilmişdir.
Keçid dövrünü geridə qoyaraq
inkişafının keyfiyyətcə yeni
mərhələsinə adlamış müstəqil Azərbaycan
mühüm makroiqtisadi
göstəricilərə nail olmaqla yanaşı, elm və
təhsil sahəsində də bir sıra
uğurlu nəticələrə imza atır, dövlət səviyyəsində mütərəqqi islahatlar inamla davam etdirilir. Neft gəlirlərini
güclü insan
kapitalının formalaşdırılmasına yönəltməyi
mühüm vəzifə kimi
qarşıya qoyan Azərbaycan dövləti
ölkə elminin və təhsilinin
inkişafı məqsədilə yeni sənədlər
qəbul edir.
Qloballaşma əsrində respublikada milli tərəqqinin
yeganə yolu elm və
təhsilin, müasir biliklərin, intellektual əməyin inkişafından, habelə
kompyuter və informasiya
texnologiyalarının bütün idarəetmə
səviyyələrində geniş tətbiqindən
keçir. Bu reallığı nəzərə alan
dövlət başçısı cənab İlham
Əliyev elm və təhsilə
qayğını, bu sahədə özünü göstərən bir sıra problemlərin həllini hökumət
qarşısında ciddi vəzifələrdən
biri kimi müəyyənləşdirmişdir.
Azərbaycan Prezidentinin bu sahəyə
xüsusi diqqətlə yanaşması həm
də respublikamızın sürətli iqtisadi
inkişaf yolunda
olması, geniş maliyyə imkanları əldə
etməsi ilə şərtlənir. Belə mühüm
mərhələdə mövcud
uğurların qorunub saxlanılması üçün idarəçilikdə
yüksək elmi-intellektual səviyyənin
təmin edilməsi son dərəcə vacibdir. Hazırda respublikanın təhsil
sistemində davamlı inkişafa yönəlmiş
əsaslı infrastruktur dəyişiklikləri
aparılır, bir çox
dövlət proqramları və layihələr həyata keçirilir.
Prezident İlham
Əliyevin fərman və sərəncamları əsasında
təhsil sahəsində 20-dək inkişafyönümlü
xüsusi proqramın icrası təmin edilmişdir. Strateji əhəmiyyətli
bu sənədlər bütövlükdə
təhsil infrastrukturunun yeniləşdirilməsindən
tutmuş məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına
qədər olan mühüm
məsələləri əhatə etmişdir.
Təhsilin səviyyəsini müasir
standartlara uyğunlaşdırmaq, ali və orta məktəblərdə
tədrisin keyfiyyətinin monitorinqini həyata
keçirmək, təhsil sahəsində mövcud
problemləri vaxtaşırı təhlil edərək müvafiq tədbirlərin görülməsinə
nail olmaq məqsədilə
dövlət başçısı hələ 2005-ci il 30 may tarixdə "Azərbaycan
Respublikasının Prezidenti Yanında Təhsil
üzrə Xüsusi Komissiyanın
yaradılması haqqında" sərəncam
imzalamışdır. Dövlət
başçısının digər bir
fərmanı ilə Azərbaycanda "Bilik
günü" təsis edilmiş,
təhsil müəssisələrində iş
rejimi tənzimlənmişdir. Eyni zamanda, fərmanda respublikanın təhsil
müəssisələrində təlimin keyfiyyətinin
yüksəldilməsinə xidmət edən səmərəli
fəaliyyət sisteminin qurulması ilə
əlaqədar bir sıra tədbirlərin
görülməsi də nəzərdə tutulmuşdur.
Bununla yanaşı, köhnəlmiş, müasir tələblərə cavab verməyən məktəblərin təmiri
və bərpası, yenidənqurulması isə ilk növbədə, təhsilin forma və məzmunca təkmilləşdirilməsi
zərurətindən irəli gəlmişdir.
Ötən
müddətdə bir çox
layihələri uğurla gerçəkləşdirən
Heydər Əliyev Fondunun bu
sahədəki xidmətləri xüsusi
vurğulanmalıdır. Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərliyi
altında fondun fəaliyyətinin prioritet istiqamətləri sırasında təhsil
sahəsi mühüm yer
tutur. Xatırladaq ki,
"Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi cəmiyyətdə ciddi dəstəklə
qarşılanmışdır. Layihə çərçivəsində
2005-ci ildən bu günədək 300-dən
çox yeni məktəb,
uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib
istifadəyə verilmiş, əsaslı
təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.
Fondun son
illərdəki başlıca fəaliyyət istiqamətlərindən
biri də ölkənin təhsil problemlərinin
həllində nüfuzlu beynəlxalq təşkilatlardan
sayılan UNESCO-nun geniş
imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olmuşdur.
Azərbaycanla bu nüfuzlu beynəlxalq təşkilatın
arasında bir neçə istiqamətdə
əməkdaşlıq münasibətləri qurulmuşdur
- bu əlaqələr əsasən "Təhsil
hamı üçün"
proqramını, "Assosiativ məktəblər",
texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi və digər
sahələri əhatə edir. Fond hər il "Təhsilə dəstək" layihəsi
çərçivəsində Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində daimi
yaşayış yerlərini tərk etmiş
qaçqın və məcburi köçkün
ailələrindən olan birinci
sinif şagirdlərinə zəruri məktəb ləvazimatı hədiyyə
edir. Gürcüstanda
yaşayan azərbaycanlı uşaqlara, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı
məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları
göndərilir.
Əminliklə
demək olar ki, son illərdə respublikamızın əldə
etdiyi uğurlu nəticələrin
arxasında Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi
məqsədyönlü siyasət, elmi əsaslara
və ölkəmizin mövcud
potensialına söykənən inkişaf
prioritetləri dayanır. İnanırıq ki, dövlət başçısının yürütdüyü
bu iqtisadi siyasət nəticəsində
respublikanın inkişaf tempi
daha da yüksələcək,
yaxın illərdə Azərbaycanda təhsil sahəsində özünü göstərən qlobal problemlər əsaslı surətdə aradan qalxacaq, milli təhsilin keyfiyyəti yaxşılaşacaq.
İradə
MUSTAFAYEVA,
Binəqədi
rayonu 135 nömrəli məktəbin
müəllimi
Azərbaycan. - 2013.- 17 avqust.- S. 8.