Oğuz rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nın icrası
nəticəsində Oğuz
rayonunda Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanası
və digər sosial yönümlü obyektlər tikilərək
istifadəyə verilmiş,
Oğuz şəhərinin
su təchizatı və kanalizasiya sistemi yenidən qurulmuş, çoxsaylı
parklar salınmış,
bütövlükdə rayonun
sosial-iqtisadi həyatında
əsaslı dəyişikliklər
baş vermişdir.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda Oğuz rayonu
üzrə müəyyən olunmuş tədbirlərin
həyata keçirilməsinin sürətləndirilməsi,
abadlıq-quruculuq işlərinin davam
etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Oğuz rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədi ilə Oğuz Rayon İcra Hakimiyyətinə
Azərbaycan Respublikasının 2013-cü il
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 19 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 20 avqust.- S. 1.