İki əsrin sirli savaşları

 

Ötən minilliyin sonuncu üç yüz ilində  Rusiya-Azərbaycan münasibətlərinin təzadlı məqamlarını, qarşıdurmalarını və eyni zamanda inkar edilməsi mümkün olmayan uğurları, danılmaz inkişafı nəzərdən keçirəndə adi bir suala cavab tapmağa çalışdıq: bu münasibətlər hər iki dövlət üçün daha faydalı ola bilərdimi? İstənilən oxucu haqlı olaraq təəccüblənə bilər ki,  Rusiya tərəfindən işğal edilən Azərbaycan iki yüz il ərzində əsarətində olduğu dövlətlə münasibətlərin müsbət inkişafına necə ümid bəsləyə bilərdi? Maraqlısı da odur ki, bu suala birmənalı şəkildə yox cavabını vermək də mümkün deyil.

Bugünkü Rusiyanı biz həm də keçmiş SSRİ-nin varisi kimi qəbul etsək, sovetlər dönəmindəki müsbət və mənfi tendensiyaları soyuq təfəkkürlə nəzərdən keçirsək, səsləndirdiyimiz ritorik suala başqa cürcavab verməyin mümkün olduğunu görəcəyik.  Lakin buna cəhd etməzdən əvvəl iki dövlətin əlaqələri tarixinin əvvəlindəki və sonundakı iki ciddi reallığı nəzərdən keçirmək lazımdır. Birincisi, iki dövlətin münasibətlərində erməni kilsəsi və onun arxasınca  "Daşnaksütyun" paz kimi özünü Rusiya-Azərbaycan münasibətlərinə pərçimləyərək əsrlər boyu bu  xalqı bütün vasitələrlə qarşı-qarşıya qoyub, düşmənçiliyə sövq edib. Nəticədə "Böyük Ermənistan" siyasi xəstəliyinə iliyinəcən tutulan ermənilər rus imperiyasının müəyyən dairələrini bu virusla  yoluxdurub, iki xalqın münasibətlərində ambisiyalarını reallaşdıran məxfi müşavir statusunu qazanaraq çar mütləqiyyətinin Qafqaz siyasətini erməni maraqlarına qismən də olsa əyə biliblər. Əgər iki dövlətin  əlaqələri məxfi erməni vasitəçiliyindən xilas ola bilsəydi, Qafqaz heç vaxt müharibələrdə boğulan qan çanağına dönməzdi.

İkinci  amil isə ulu öndər Heydər Əliyevin bu üç yüz illik tarixdə ilk dəfə erməni nüfuzunun tilsimini qırması, onları Rusiya-Azərbaycan münasibətlərindən asanlıqla təcrid etməsi, kənarlaşdırması ilə bağlıdır. Sonuncu üç əsrdə ölkə tarixindəki bütün siyasi simalardan fərqli olaraq, Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərini Kremllə vasitəsiz qura bildi, "Böyük Ermənistan" "zurnası" ilə dünyanı dingildədən erməni ideoloqlarını onların böyük diaspor ordusu ilə birlikdə zərərsizləşdirdi. Rusiya -Azərbaycan əlaqələrində erməni missiyasına son qoydu, onların Kremllə Bakı arasındakı münasibətlərdə aparıcı mövqelərini darmadağın edərək iki dövlətin birbaşa əlaqələrini qurmağa nail oldu. Məhz bu ikinci amil bizə iki qonşu dövlətin itirilən şanslarının mövcud olduğunu deməyə, həmçinin iki qonşu dövlətin əlaqələrinin bundan sonra uğurla  inkişaf edəcəyinə ümid bəsləməyə imkan verir. Bu baxımdan təkrarən keçmişə qayıdaraq tarixi yeni bir mövqedən vərəqləmək istədik.

Burada ən vacibi çar Rusiyasının Qafqaz siyasətində və xüsusən də Azərbaycan -Rusiya münasibətlərində erməni ideoloqlarının məqsəd və məramlarını heç olmasa adi bir qəzet yazısının imkan verdiyi çərçivələrdə araşdırmaqdır.

Azərbaycan ərazilərində son üç yüz ildə baş verən siyasi prosesləri, müharibələri və aramsız olaraq torpaqlarımızı zəbt edən erməni işğalçılarını anlamaq üçün tarixə həm də erməni maraqları prizmasından nəzər salmağa ehtiyac var.  Əsrlər boyu Qafqazı qarşıdurma məkanına çevirən əsas amil "Böyük Ermənistan" ideyasıdır. "Ən qədim xalq, dövlət" əfsanəsi ermənilər tərəfindən uydurulub, erməni kilsəsi bu mifikçürük ideyanı Avropa dövlətlərinə və Rusiyaya "əzabkeş və müti xristian xalqının" adından sırımaq üçün əsrlər boyu təbliğat aparıb. Buna kimsə inanmasa da, ciddi dəstək verməsə də, Qərb dövlətləri və Rusiya bu ideyadan Qafqazda hegemonluğunu təmin etmək üçün bir vasitə kimi istifadə edib. Qafqaz uğrunda gedən aramsız müharibələri maraqlarına əymək istəyən ermənilər XVII əsrin axırlarından başlayaraq üç dənizin sahillərinə çıxan "Böyük Ermənistan" ideyasını saxta sənədlər və xəritələr tərtib edərək reallıq kimi təqdim etməyə başlayırlar.

1699-cu ildə İsrail Ori və köməkçisi Minas Vardapet Erməni Qriqorian kilsəsinin tapşırığı ilə "əzabkeş erməni xalqının iztirablarını" Avropaya çatdırmaq üçün  Avstriya imperatoruFlorensiya şahının ayağına gedir. Uğursuz danışıqlardan sonra 1701-ci ildə Rusiyaya üz tutur, Birinci Pyotrla görüşərək ona "Böyük Ermənistan" ideyasını Rusiya ilə Türkiyə arasında etibarlı bufer dövlət kimi sırıya bilir.

Erməniləri özünə tərəfdaş saymaq üçün Rusiyanın əlində ciddi səbəblər var idi. Belə ki, ermənilər Türkiyə və İran ərazilərindən Rusiya kəşfiyyatını maraqlandıran bütün məlumatları toplayaraq rus imperiyasına sədaqətlə ötürürdülər.  Digər tərəfdən, Birinci Pyotr üçün imperiyanın sərhədlərini bütün istiqamətlərdən dənizlərə qədər genişləndirmək xüsusi əhəmiyyət kəsb edirdi. Əsrlər boyu böyük müharibələrdən, şərqdən və qərbdən baş alan hərbi yürüşlərdən  əziyyət çəkən bu dövlət bütün sərhədləri boyu düşmənlərin aramsız həmlələrindən qorunmaq üçün bufer dövlətlərdən ibarət qoruyucu kəmər yaratmaq niyyətinə düşür. Buna görə də Birinci Pyotr  erməni elçisini qəbul etməyə və onunla əməkdaşlığa maraqlı idi. İsrail Ori rus imperatorunun əmri ilə polkovnik rütbəsində əvvəl Avropaya silah ustalarını yığmağa, 1707-ci ildə isə İrana casus kimi göndərildi. Pyotr artıq Qafqazın işğalını tezləşdirmək niyyətində idi. Məqsəd sadə idi: Azərbaycan ərazilərini işğal edərək İrandan dənizə çıxmaq. İşğal edilmiş torpaqların azərbaycanlılardan təmizlənərək ruslaşdırılması nəzərdə tutulurdu. Ona görə də ermənilərin "Böyük Ermənistan" ideyasına dildə dəstək verən ruslar müəyyən müddət erməni ambisiyalarından yararlanmağa qərar verdilər. Birinci Pyotr imzaladığı sənədlərdə 1711-ci il martın 2-də İran ermənilərini qəyyumluğa götürür,  1717-ci il yanvarın 28-də isə Osmanlı imperiyası ermənilərinin Rusiya ərazilərinə köçürülməsinə qərar verir. 1722-ci ildə Pyotr Xəzəryanı ərazilərin işğalına başlayır. İki ildən sonra işğal edilmiş ərazilərə İran ermənilərinin köçürülməsi haqqında fərman imzalayır.

Şamiryan işğal edilmiş ərazilərdə 20 il 6  minlik  rus qoşununun müdafiə edəcəyi  erməni şahlığının layihəsini hazırlayır. Çar Rusiyası Azərbaycandakı ağalığının ilk günlərindən burada özünə xristian dayağı yaratmağa, müxtəlif xristian kütlələrini Qafqazdao cümlədən, Azərbaycan torpaqlarında yerləşdirməyə can atırdı.

1813-cü ilin "Gülüstan" sülh müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqlarından başqa bütün ərazilər  Rusiyanın tabeliyinə keçir. Yerli Azərbaycan əhalisinə heç vaxt heç nədə etibar etməyən çar Rusiyası bura xristianların köçürülməsini intensivləşdirir. Əslində ruslarda müsəlmanlara qarşı xof  yaradan təbliğat ermənilər tərəfindən aparılırdı. Buna görə ermənilərin Rusiyanın maraqlarını qoruyan xalq kimi işğal edilmiş ərazilərə köçürülməsi sürətləndirildi.

Şimali Azərbaycanda çar müstəmləkəçiləri qəsbkar aqrar siyasəti həyata keçirir, yerli əhali irsi torpaqlarından qovulur, vilayət, milli torpaqların zəbt edilməsi vüsət alır. 1818-ci ildə Qafqaz Baş Komandanlığının təhriki və köməyi ilə Şimali Azərbaycan ərazilərinə almanlar da köçürülərək rus təbəəliyini qəbul edirlər. Çar hökuməti alman kolonistlərinə ən yaxşı yerlərdə 13 min desyatin pay torpaqları ayırdı, yeni yerdə təsərrüfat yaratmaq üçün maddi yardım göstərdi.

1826-1827-ci illərdə aparılan Rus-İran müharibəsindən sonra isə etnik vəziyyət bütün Azərbaycanda ermənilərin xeyrinə dəyişir. 1828-1829-cu illərdəki Rusiya-Türkiyə müharibəsindən sonra Qarabağ və İrəvan xanlıqlarının ən yaxşı torpaqlarına  84 min erməni köçürüldü. Çar məmuru Şavrov köçürülən ermənilərin sayının qeyri-rəsmi köçürülənlər də nəzərə alınmaqla rəsmi rəqəmlərdən xeyli artıq olduğunu bildirirdi. XIX əsrin əvvəllərində Rusiyanın Qafqaz müharibələrini qələbə ilə başa vurması ermənilərin Cənubi Qafqaza axınını gücləndirdi. Rusiya üçün cənubdan dənizə çıxmaq, işğal edilən əraziləri xristianlaşdırmaq məqsəd idisə də, "Böyük Ermənistan" ideyasının tam reallaşması arzulanan deyildi. Hətta bu ideyada imperiya üçün təhlükələr də aydın görünürdü. Belə ki, Rusiya əsgərlərinin qanı bahasına işğal etdiyi əraziləri ermənilərə heç bir vəchlə hədiyyə etmək niyyətində deyildi.

Əslində bir tərəfdən yalnız rusların tabeliyində, Rusiya ərazilərində yaşamaq üçün göz yaşları tökən ermənilərin "Böyük Ermənistan" yaratmaq istəkləri rus taxt-tacına gülünc görünməyə bilməzdi. Ermənilərin açıq ərazi ambisiyalarından narahat olan ruslar İranla sərhədə 80 min kazakın köçürülməsini nəzərdə tutmuşdu. Lakin hiyləgər erməni ideoloqları və erməni kilsəsi rus himayədarlarını bu fikirdən daşındıra bildilər. General Pankratov ermənilərin Azərbaycan ərazilərinə könüllü köçdüyündən, Arqutinski-Dolqorukov isə "erməni ataların uşaqlarını qolları üstə qaldırıb yalnız Rusiyanın hakimiyyəti altında yaşamaq naminə onları qurban verməyə belə hazır olduqlarından" yazırdı.

Ermənilər ruslara ən sədaqətli xalq olduqlarını qismən də olsa sübut edərək rus taxt-tacının mərhəmətinə nail oldularişğal edilmiş ərazilərə ruslardan daha çoxdaha sürətlə köçdülər. İki əsrdə bütünlükdə Qafqaza köçürülən rusların sayı 200 min ətrafında idisə, ermənilərin sayı az qala 2 milyona yaxınlaşırdı.

Ermənilər gücləndikcə Rusiyanın Qafqaz siyasətində müəyyən üstünlüklər əldə etməklə yanaşı, həm də diktə edə bilən siyasi güc kimi aparıcı qüvvəyə çevrildilər.

 

1828-ci ildə A.S.Qriboyedov erməni köçü haqqında Sankt-Peterburqa hesabatlarında yazırdı ki,  ermənilərin əksəriyyəti sahibkarları yaylaqlara qalxan müsəlman mülkədarların torpaqlarında yerləşdirilmişdir. Çörək alınması və qarşıdakı ilin əkinləri üçün heç bir tədarük görülməmişdir. Köçkünlər üçün odun tədarük edilməmişdir, onlar darısqallıqda yaşayır və getdikcə etirazları yüksələn müsəlmanları da sıxışdırırlar (!?).

XVIII-XIX əsrlərdə bütün Qafqazda ermənilərlə azərbaycanlıların siyasi nüfuz və mövqelərini müqayisə edəndə görürsən ki, ermənilər dövlət quruculuğu istiqamətindəki ciddi fəallığı az qala müharibə ruhuna keçir, azərbaycanlılar isə işğala məruz qalıb dağıdılan dövlət kimi  müqavimət göstərmək iqtidarında deyillər. Başqa daha ciddi fərq ondan ibarət idi ki, Azərbaycan işğal edilərək koloniyaya çevrilir, azərbaycanlılar rus taxt-tacının təzyiqlərinə məruz qalır, məğlub edilmiş etibarsız xalqa çevrilir, ermənilər isə etibarlı tərəfdaş, çara sədaqətinə and içən xalq kimi bütün Qafqaza köçmək, burada etnik vəziyyəti istədiyi kimi dəyişmək imkanlarını qazanır. Bu ərazilərin minillik sahibi kimi azərbaycanlıların üstündən xətt çəkilir, ermənilər bütün istiqamətlərdə tanınan, etibar edilən və imperiyanın qanadı altına alınan sədaqətli xalq titulunun bütün imtiyazlarından yararlanır.

İranla Rusiya arasında bağlanan Türkmənçay müqaviləsindən sonra yerli xanlıqlar tədricən məhv edilir, cənubdan ermənilər, şimaldan isə ruslar Azərbaycan ərazilərinə köçürülüryerli əhalidən fərqli olaraq, birbaşa çar hökumətinin qəyyumluğuna alınırdı. Qafqazda aparılan bütün müharibələri barmaqla saymaq mümkündür. Onların əvvəli və axırı var. Lakin torpaqlarımıza köçdükdən sonra hər bir erməni öz qonşusu ilə əbədi  heç vaxt bitməyən müharibəyə başlayır. Hər erməni olan qapıda, kənddə, şəhərdə və mahalda azərbaycanlılara qarşı əsrlər boyu davam edən müharibələrə rəvac verilir. Azərbaycanlıları isə hamı arxayın edirdi ki, zavallı ermənilər bu torpaqlarda çox qalmayacaq, köçüb gedəcəklər.

XIX əsrdə rusların məskunlaşması əsasən 1830-cu illərdən başlayır. Xidmət müddətləri başa çatdıqdan sonra əvvəlki yaşayış yerlərinə qayıtmaq istəməyən əsgərlərin ailələrindən ibarət rus yaşayış məntəqələri Bakı quberniyasının Quba qəzasında, sonralar isə Şamaxı, Altıağac, Şuşa, Xankəndi və Lənkəran qəzalarında salınır. Lakin bütün Cənubi QafqazdaŞimali Azərbaycan ərazisində rus yaşayış məskənlərinin əsas hissəsini 1830-cu illərin əvvəllərində verilmiş xüsusi sərəncama əsasən Rusiyanın daxili quberniyalarından köçürülmə siyasətinə məruz qalanlar təşkil edirdi. Otuzuncu və qırxıncı illər ərzində rus təriqətçilərinin güclü köçürülməsi həyata keçirilirdi. Rusların məskunlaşdığı əsas rayonlar Şamaxı, Lənkəran, YelizavetpolQazax qəzaları idi. Köçürmənin başlanmasından sonrakı ilk onillik ərzində Şamaxı qəzasında 8, Lənkəran qəzasında 6, Qazax qəzasında 3, Yelizavetpol qəzasında 2 rus kəndi yaradıldı. Köçkünlər əsasən Tavriya, Stavropol, Tambov, Voronej, Saratov, Orenburq, Bessarabiya və hətta Yenisey quberniyalarının sakinləri idilər.

XIX yüzilliyin 50-70-ci illərində Rusiyanın bilavasitə daxili quberniyalarından  köçürmə dayandırıldı, əsrin son 20 ilində isə Muğanda rus köçkünlərinin daha üç yaşayış məntəqəsi yaradıldı. Məhz bu dövrdə Şimali Azərbaycan və Cənubi Qafqaz ərazisində ruslar daha çox yerləşdirildi. Şimali Azərbaycanda rus köçkünlərinin torpaqla təminatı köçürülmə işindəki plansızlıq şəraitində lap əvvəldən qeyri-bərabər idi. Bircə o faktı qeyd edək ki, rus köçkünlərinin torpaqla ən yaxşı təmin edilmiş kənd icmalarında hər ailəyə orta hesabla 52 desyatin düşürdü, bu isə torpaqla ən yaxşı təmin olunmuş yerli varlı kəndlinin torpaq payından xeyli çox idi. Bu, çarizmin müstəmləkəçilik siyasətini bariz şəkildə büruzə verən fakt idi.

1878-ci ilin Berlin konfransında ermənilər Türkiyə ermənilərinin azad olunmasını və Bolqarıstan tipli Ermənistan dövlətinin yaradılması məsələsini qaldırsalar da, buna nail ola bilmədilər. Ermənilərin əsassız xülyalarını nə Qərb, nə də ki  Rusiya dəstəklədi. Erməni məsələsi istənilən məqamda Türkiyəyə təzyiq göstərmək üçün Avropanın əlində ehtiyat kartı idi. Ruslara sədaqət andı içən ermənilərin məqam düşən kimi Ermənistan dövlətini yaratmaq üçün istənilən dövlət və ya qüvvələrlə yallı getməsi artıq nəinki Rusiyaya, hətta bütün Avropaya yaxşı məlum idi. 

Maraqlısı odur ki, Avropadan, Rusiyadan üzü dönən ermənilər XIX əsrin 90-cı illərində Sosialist İnternasionalına, çoxsaylı sosialist konqreslərinə "erməni məsələsi" ilə bağlı müraciətlər edir, "əzabkeş" xalqın müdafiəsinə J.Jores, V.Libknext, K.Kautski, Q.Plexanovonlarla başqa siyasi xadimi qoşurlar. Lakin hər dəfə aydın olurdu ki, bütün faciələrin səbəbkarı ermənilərin özləri və onların artıq dünya miqyasında terrora əl atan dəstələridir.

 

 

(ardı var)

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan. - 2013.- 20 avqust.- S. 6.