Yüksələn
beynəlxalq nüfuzun növbəti təsdiqi
5
gün ərzində 5 dövlətin rəhbərinin
ölkəmizə səfəri Azərbaycanın tam müstəqil siyasət yeritməsinin
göstəricisi olmaqla yanaşı, xarici siyasətinin də zəngin və uğurlu olduğunu nümayiş etdirdi
Dövlətlərin inkişaf səviyyəsini, nüfuzunu,
beynəlxalq etimadını
və bu kimi digər xüsusiyyətlərini xarakterizə
edən əsas cəhətlərdən biri
onun yeritdiyi siyasətin məzmun və mahiyyətidir.
Təbii ki, hər bir ölkə dünya birliyinin subyekti olaraq özünün
milli maraqlarına cavab
verən müstəqil siyasət
həyata keçirmək istəyir. Məhz bu kontekstdən yanaşaraq
deyə bilərik ki, yerləşdiyi regionun
lider dövləti olan
Azərbaycanın həm də beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən
reallıqdır. Bu
reallığı təsdiq edən bir çox amilləri sadalamaq
mümkündür ki,
onlardan ən başlıcası, Azərbaycanın
yeritdiyi müstəqil siyasətdir.
Dünya siyasətinin aparıcı subyektləri
rəsmi Bakını
tərəfdaş kimi
qəbul edirlər
Bunu sübut
etmək üçün kifayət qədər
və beynəlxalq səviyyədə öz
təsdiqini və dəstəyini tapmış faktlar
ortaya qoymaq mümkündür. Azərbaycanın həyata
keçirdiyi enerji
siyasəti, sosial-iqtisadi inkişafı,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya qoyduğu prinsipial mövqeyi, öz ərazilərini məhz dialoq
və əməkdaşlıq üçün
açıq oldğunu birmənalı
şəkildə elan etməsi bu barədə kifayət qədər aydın
fikir yeritməyə əsas verir. Avqustun ikinci ongünlüyündə
dünyanın iki böyük
və xarici siyasətdə aparıcı rol oynayan dövlətinin
rəhbərlərinin - İtaliya
Respublikası Nazirlər Şurasının Prezidenti
Enriko Lettanın və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin Bakıya rəsmi
səfərlərinin yekunları, həmçinin Qəbələdə keçirilən Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının III zirvə toplantısı Azərbaycanın
xarici siyasətinin çoxşaxəli olduğunu göstərməklə
yanaşı, ölkəmizin həyata keçirdiyi
müstəqil siyasətin konturlarını, beynəlxalq səviyyədəki
yüksək nüfuzunu və
dünyanın ayrı-ayrı qütblərinin rəsmi
Bakını etibarlı tərəfdaş kimi
qəbul etdiklərini bir daha
nümayiş etdirdi.
Avraltantik məkana
inteqrasiyanı xarici siyasətdə əsas
prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən
Azərbaycan həm Avropanın nüfuzlu
təşkilatları, həm də əksər dövlətləri
ilə müxtəlif sahələrdə uğurlu
siyasi dialoqun
qurulmasına nail olub.
Prezident İlham Əliyevin Avropa ölkələrinə etdiyi
səfərlər, həmçinin ölkəmizə müxtəlif
səviyyələrdə xarici nümayəndə
heyətlərinin gəlməsi, keçirilən
görüşlər Azərbaycanın xarici
siyasətinin coğrafi zənginliyini
göstərməklə yanaşı, Qərbin aparıcı
dövlətləri ilə əlaqələrin yeni mərhələdə inkişaf
etdirilməsinə təkan verib.
Xüsusilə qeyd edilməlidir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli
və maksimum şəkildə yararlanmaqla Cənubi Qafqaz regionunun liderinə çevrilən Azərbaycan
Avropanın bu bölgədə tərəfdaşlıqda
önəm verdiyi əsas dövlətdir.
Hazırda
aparıcı mövqeyə malik olan Avropa dövlətlərinin
çoxu beynəlxalq münasibətlər
sistemində Azərbaycanın tərəfdaşı kimi çıxış edirlər. Bu ölkələrdən biri
də Avropanın, eləcə də dünyanın siyasi və iqtisadi həyatında,
beynəlxalq münasibətlər sistemində öz
yeri olan
İtaliyadır. İtaliya-Azərbaycan münasibətləri
qədim dövrdən mövcud olub. Hələ orta əsrlərdə
indiki İtaliya ərazisindəki
şəhər-dövlətlər Azərbaycandakı Səfəvilər,
Ağqoyunlular dövlətləri ilə
davamlı əlaqələr saxlayıblar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də
İtaliya ilə diplomatik
münasibətlər qurulub. 1972-ci ildə
Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri
qardaşlaşmış şəhər elan
ediliblər. Dövlət müstəqilliyini bərpa edəndən
sonra Avropa ölkələrindən
Azərbaycanla ən yüksək səviyyədə iqtisadi əməkdaşlığı və siyasi münasibətləri quran
dövlətlərdən biri məhz İtaliya olub. Son illərdə enerji sahəsində
əməkdaşlıqla yanaşı, siyasi,
iqtisadi, sosial, humantiar, elmi-mədəni, təhsil, səhiyyə,
turizm və digər istiqamətlərdə
əlaqələrin inkişafı Azərbaycan-İtaliya
münasibətlərində yeni dinamika yaradıb.
Enriko
Letta:
"Azərbaycan
bizim ölkə və onun
gələcəyi üçün əhəmiyyətli bir tərəfdaşdır"
Bu fikir İtaliya
Respublikası Nazirlər
Şurasının Prezidenti
Enriko Lettanın ölkəmizə səfəri
zamanı bəyan edildi. Məlum olduğu
kimi, bu ilin iyun ayında Azərbaycanın
Transadriatik qaz kəməri
marşrutu layihəsini seçməsi çox mühüm bir hadisə kimi tarixə düşdü. Yaxın onilliklərdə Avropa bazarının təbii qaza
olan tələbatı daha
da artacaq. Ona
görə də Azərbaycan qazını bu
bazara çatdıran layihələr Avropa üçün
xüsusilə önəmlidir.
TAP qaz kəməri layihəsi isə
iqtisadi və maliyyə cəhətdən
daha mənfəətlidir və həm də
Avropa İttifaqı ölkələrinin
maraqlarına cavab verir.
Buna görə də müxtəlif variantlar arasından məhz bu
layihəyə üstünlük verilib. Layihənin əsas əhəmiyyəti
bundan ibarətdir ki,
Azərbaycan qazı ən əlverişli, təhlükəsiz
və səmərəli yol ilə Avropa bazarına çatdırılacaq. Bu layihənin reallaşması bütün
Avropanın strateji təhlükəsizliyinin
təmin edilməsində əsas amil olacaq. Yəni, Azərbaycan qazı təkcə
Türkiyə, Yunanıstan və İtaliyaya
deyil, İtaliya ərazisindən
keçməklə digər Avropa ölkələrinə
də nəql olunacaq.
Təsadüfi
deyil ki, İtaliya Respublikası Nazirlər
Şurasının Prezidenti Enriko Lettanın ölkəmizə səfəri
zamanı bu məsələyə
xüsusilə diqqət yetirildi. Prezident İlham Əliyevlə
görüş zamanı Azərbaycanın
İtaliya və onun gələcəyi
üçün əhəmiyyətli tərəfdaş
olduğunu deyən Enriko
Letta təşəkkürünü
xüsusilə diqqətə çatdırdı: "Cənab
Prezident, Sizə və Azərbaycana dərin
təşəkkürümü bildirirəm ki,
bu seçimi etmisiniz. TAP layihəsinin seçimi
kommersiya prinsiplərinə əsaslanmış
seçim olmuşdur.
Amma çox vacib bir məsələdir.
Zənnimcə, bu layihə ölkələrimiz
arasında iqtisadi əlaqələri daha yüksək səviyyəyə
qaldıracaqdır".
Hazırda İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır.
Təbii ki, bu, ilk olaraq neft
sahəsi ilə bağlıdır. Lakin ölkəmiz İtaliyaya yalnız enerji
daşıyıcısı deyil, eyni zamanda, Azərbaycan sənayesinin
bir çox məhsullarını
ixrac edir və
Bakıda aparılan müzakirələrin nəticəsi olaraq qeyri-neft sahəsində
ticarətin həcminin yüksəlməsi
proqnozlaşdırılır.
İlk dəfə olaraq İtaliyanın Baş
nazirinin Azərbaycana etdiyi
səfər ikitərəfli münasibətlərimizin
müxtəlif aspektlərini müzakirə etmək üçün çox
gözəl fürsət idi. Bu səfər göstərdi ki,
Azərbaycan-İtaliya münasibətləri çox
uğurla inkişaf edir, müxtəlif sahələr üzrə əməkdaşlıq
telləri durmadan yüksəlir. Təbii ki, İtaliya Baş nazirinin Bakıya səfəri
zamanı müzakirə edilən məsələlər Azərbaycan
- Avropa İttifaqı əlaqələri üçün də mühümdür.
Ona görə bu səfərin
Azərbaycan-Avropa İttifaqı münasibətlərinə yeni təkan verəcəyi şübhəsizdir.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
İtaliyanın ölkəmizin ərazi
bütövlüyünə verdiyi dəyişməz
dəstək Azərbaycan tərəfindən hər zaman yüksək qiymətləndirilir. Bu məsələdə status-kvonun
qəbuledilməz olduğunu deyən İtaliya Baş nazirinin fikrincə, uzun
sürən münaqişənin həlli regionda
sülh və təhlükəsizliyin təmin
edilməsinə tarixi töhfə olacaq.
Vladimir
Putin:
"Azərbaycan
Rusiyanın çoxdankı, ənənəvi və
etibarlı tərəfdaşıdır"
Hər bir ölkənin
xarici siyasət kursunda əsas prioritetlərdən biri yaxın qonşularla, xüsusən, həmsərhəd
dövlətlərlə əlaqələrin
normal məcrada inkişaf
etdirilməsidir. Amma təəssüflə
qeyd etməliyik ki,
dövlət müstəqilliyimizin ilk illərində
ölkəmizdə iqtidarda olan siyasi dairələr bu prinsipdən tamamilə uzaq
olmuş, qonşu Rusiya və İran kimi dövlətlərlə münasibətlərə
fərqli prizmadan
yanaşmışdılar.
Ulu
öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra Azərbaycanın
xarici siyasət kursunda
etdiyi kardinal dəyişikliklərdən
biri əvvəlki iqtidarların
dövründə yol verilmiş
kobud səhvlərin aradan
qaldırılması, milli maraqlardan çıxış etməklə qonşu dövlətlərlə, o cümlədən Rusiya
ilə münasibətlərin
yaxşılaşdırılması oldu.
Heydər Əliyev böyük uzaqgörənliklə
əvvəlki hakimiyyətlərin siyasi səbatsızlığı
ucbatından rəsmi Bakı ilə Moskva
arasında yaranmış siyasi gərginliyi
aradan qaldırdı və bununla
da, Rusiya ilə Azərbaycan
arasında normal münasibətlərin əsası
qoyuldu. Sonrakı dövrdə iki dövlət arasında bərabərhüquqlu
prinsiplər üzərində qurulan əlaqələr
daha da möhkəmləndirildi.
Son illərin mənzərəsi
göstərir ki, Rusiya
ölkəmizlə münasibətlərin daha
da genişlənməsində
maraqlıdır. İqtisadi və geostrateji üstünlüklərindən səmərəli
yararlanmaqla yüksək inkişaf
fazasına qədəm qoyan və Cənubi
Qafqazın lider dövlətinə çevrilən Azərbaycan
da Rusiya ilə
münasibətlərə önəm verir.
Xarici siyasətdə
Heydər Əliyev tərəfindən qoyulmuş
və milli maraqlara
söykənən ənənələri uğurla
davam etdirən Prezident
İlham Əliyev Rusiya
ilə əlaqələrin daha da möhkəmlənməsinə və
genişlənməsinə diqqət yetirir.
Ötən illərdə dövlət
başçılarının qarşılıqlı səfərləri
təbii ki, ikitərəfli münasibətlərə
təsirsiz ötüşməyib. Bu səfərlərin
müsbət nəticələri özünü
təkcə siyasi sferada
göstərmir. İki ölkə
arasında əmtəə dövriyyəsinin həcminin
qısa zaman kəsiyində əhəmiyyətli
dərəcədə artımı əlaqələrin
yüksək səviyyədə olmasının əyani təsdiqidir.
Hazırda Azərbaycanla
Rusiya arasında münasibətlər
keyfiyyətcə yeni mərhələdə
inkişaf edir. Hər
iki ölkə sabitliyə, konstruktivliyə,
təkcə yaxın gələcəkdə deyil,
həm də ən uzunmüddətli perspektivdə mehriban qonşuluğa meyil göstərirlər. Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana
etdiyi səfər bunun
təsdiqidir.
Vladimir Putin üçüncü dəfə Prezident seçiləndən sonra
Cənubi Qafqaz ölkələrindən ilk səfərini Azərbaycana etdi.
Rusiyalı şərhçilərin fikrincə, bu səfər Rusiyanın Azərbaycan dövlətinə
və hakimiyyətinə olan
ehtiramının göstəricisidir. Bu səfər
həm də Rusiyanın Azərbaycana nə qədər
önəm verdiyini sübut
edir. Rusiyada da yaxşı bilirlər ki,
Azərbaycan Cənubi Qafqazın ən əhəmiyyətli strateji ölkəsidir və bu
mənada şimal qonşumuz
Azərbaycanın timsalında etibarlı tərəfdaş görür. Təsadüfi deyil
ki, Azərbaycan-Rusiya sənədlərinin
imzalanması mərasimindən sonra Rusiya Prezidenti Vladimir Putin bəyanatla
çıxış edərək deyib:
"Azərbaycan Rusiyanın çoxdankı, ənənəvi
və etibarlı tərəfdaşıdır. Biz Qafqaz regionunda,
Xəzər regionunda, MDB çərçivəsində,
aparıcı beynəlxalq strukturlarda
sıx qarşılıqlı fəaliyyət göstəririk.
Bu əməkdaşlığın əsası
ölkələrimiz, dövlətlərimiz və
xalqlarımız arasında möhkəm dostluq,
qarşılıqlı hörmət ənənələridir".
Bu səfər
son zamanlar Azərbaycanla
Rusiya arasında münasibətlərin gərgin
olması ilə bağlı müxalifət mətbuatında
səslənən fikirləri alt-üst
etməklə yanaşı, həm də Azərbaycanın
müstəqil siyasət həyata keçirdiyini
təsdiqlədi.
Prezidentlər İlham
Əliyev və Vladimir Putin
arasında danışıqların olduqca
yüksək səviyyədə keçməsi, Azərbaycan Prezidentinin iş
otağında söhbət, Dağüstü
parkla və İçərişəhərlə
tanışlıq, dövlət
başçılarının Bakıda qeyri-rəsmi səfərdə
olan və azərbaycanlı zabitin kapitanı olduğu "Dağıstan" raket gəmisinə və Azərbaycan Hərbi
Dəniz Donanmasının "Bakı" gözətçi
gəmisinə baxmaları prezidentlərin timsalında səmimi
tərəfdaşlığa söykənən Azərbaycan -
Rusiya münasibətlərinin göstəriciləri
idi. Bütün bu səmimiyyət, müxtəlif
sahələr üzrə imzalanan yeni sənədlər, o
cümlədən oktyabrın 31-dən noyabrın 1-dək
Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumuna
hazırlıq məsələlərinin müzakirə edilməsi
ondan xəbər verir
ki, Rusiya rəhbərliyi
də Azərbaycanda oktyabrda keçiriləcək
prezident seçkilərində Prezident İlham
Əliyevin qalib gələcəyinə əmindir.
Prezident
İlham Əliyev:
"Qardaş xalqlar bir-birinin yanında olmalıdırlar"
Coğrafi yaxınlq, mədəniyyət,
din və dil birliyi kimi sarsılmaz
tellərlə bir-birinə
bağlı olan türk xalqlarının və dövlətlərinin
bu gün sıx və səmərəli əməkdaşlığı,
birlik nümayiş etdirmələri qloballaşan
və dəyişən
dünya nizamında mühüm əhəmiyyət
kəsb edir. Çünki bütün bunlar türk dövlətlərinin müstəqilliklərini
daha da möhkəmləndirmək,
dünyada cərəyan edən proseslərə
təsir göstərə bilmək, milli
maraqları müdafiə etmək baxmından vacib
siyasi elementlərdir. Ortaq milli,
mədəni və mənəvi dəyərlərin bəxş
etdiyi imkanlar türk dövlətlərinin ümumi
mənafeyinə səfərbər olunmalı,
qarşılıqlı və bərabərhüquqlu
münasibətlər etibarlı təməllər üzərində
inkişaf etdirilməlidir. Azərbaycan
türk cümhuriyyətləri ilə əlaqələrində
məhz bu mövqedən
çıxış edir və daim bu prinsiplərə sadiq qalır.
Bu gün bütün
dövlətlər sülhün və sabitliyin qorunması, eləcə də sosial-iqtisadi rifahın və mədəni zənginliyin
təmin olunması kimi müasir
çağırışlarla üzləşirlər.
Şübhəsiz ki, heç
bir dövlət kollektiv
səylər və çevik addımlar tələb
edən
mürəkkəb problemlərin qarşısını təkbaşına
ala bilməz. Xarici siyasət
konsepsiyasında türkdilli dövlətlərlə
əlaqələrin bütün sferalar üzrə inkişaf
etdirilməsini müəyyən edən Azərbaycan türkdilli dövlətlərin səylərinin
birləşdirilməsini bu cür çağırışların
vaxtında və effektiv
cavablandırılması üçün
önəmli vasitə hesab edir. Bu mənada 2009-cu ildə
yaradılan Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası böyük
imkanlara malikdir.
Avqustun 16-da Qəbələdə,
Heydər Əliyev Konqres Mərkəzində
keçirilən Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının III zirvə
toplantısı göstərdi ki, təşkilat
bu imkanlardan türkdilli xalqların mənafeyi naminə səmərəli
istifadə etməkdədir.
Toplantıda iştirak etmək üçün Qazaxıstan Prezidenti
Nursultan Nazarbayev,
Türkiyə Prezidenti Abdullah
Gül, Qırğızıstan Prezidenti Almazbek Atambayev və Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini
Sapardurdu Toyliyev Qəbələyə
gəlmişdilər.
"Bizim xalqlarımızı ortaq
tarix, mədəniyyət, müştərək
dəyərlər birləşdirir. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşdur, əməkdaşlıq etmişik, bir yerdə
yaşamışıq, bir-birimizə dayaq,
arxa olmuşuq. Bu gün isə müstəqil dövlətlər
kimi biz bütün məsələlərdə bir yerdəyik, bir yerdə
olmalıyıq. Hesab edirəm ki, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının başlıca vəzifəsi
xalqlar və ölkələr
arasındakı birliyi daha
da möhkəmləndirməkdir". Toplantıdakı çıxışı
zamanı bunu bəyan edən Azərbaycan
Prezidenti İlham
Əliyevin türkdilli ölkələrin
ikitərəfli formatda çox
uğurlu fəaliyyət göstərdiyini,
iqtisadi sahədə gözəl əməkdaşlıq
həyata keçirdiklərini, beynəlxalq təşkilatlarda
bir-birinə dəstək olduqlarını bildirdi.
Bunu təbii adlandıran Prezidenti
İlham Əliyev bildirdi
ki, qardaş xalqlar bir-birinin yanında
olmalıdırlar.
Bu zirvə
görüşündən sonra türkdilli dövlətlər
arasındakı əməkdaşlıq daha
da artacaq və böyük layihələr icra
ediləcək. Toplantıdakı çıxışlarda səslənən
fikirlər TDƏŞ-nin işini daha da zənginləşdirəcək
və verilən təkliflərin reallaşması əməkdaşlığın
yeni pilləyə qalxmasına imkan yaradacaq. III zirvə
toplantısında quruma sədrlik Azərbaycana
keçdi. Növbəti bir
il ərzində Azərbaycanın sədrliyi
ilə TDƏŞ daha da
güclənəcək və qarşısında duran vəzifələri uğurla
icra edəcək.
Türkdilli respublikalar arasında siyasi,
iqtisadi və mədəni əməkdaşlığın
daha da genişləndirilməsi
bu prosesin bütün
iştirakçılarının, o
cümlədən prosesə öncüllük
missiyasını öz üzərinə götürmüş Azərbaycanın
maraqlarına cavab verir.
Üç türkdilli
ölkənin dövlət başçısının Azərbaycana səfəri
sıradan bir hadisə deyil.
Ən azı, o baxımdan ki,
Türkiyə və Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır və bu ölkələrlə Azərbaycan
arasında imzalanmış strateji tərəfdaşlıq
sazişi mövcuddur.
Avqustun ikinci
ongünlüyündə Azərbaycana beş
dövlətin başçısı səfər etdi. Bu səfərlərin hər biri
Azərbaycanın tam müstəqil siyasət
yeritdiyini, xarici siyasət
kursunun çoxşaxəli olduğunu, milli
maraqlarımıza tam cavab
verdiyini bir daha nümayiş etdirdi. Ən əsası isə keçirilən
hər bir görüş,
aparılan hər bir danışıq Azərbaycanın
müstəqil siyasətinə yeni impuls verərək ölkəmizin uğur silsiləsinin davamlı olduğunu
göstərdi.
Rəşad
CƏFƏRLİ
Azərbaycan. - 2013.- 21 avqust.- S. 1, 3.