Sosial təminat müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, sosial təminat müəssisələrində çalışan işçilərin
sosial müdafiəsini
daha da gücləndirmək
və onlara dövlət qayğısını
artırmaq məqsədi
ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşdirilən
sosial təminat müəssisələrində
çalışan işçilərin Vahid
Tarif Cədvəli ilə müəyyən
edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il
sentyabrın 1-dən orta hesabla
10 faiz artırılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 20 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 21 avqust.- S. 1.