Dövlət
başçısı İlham
Əliyevin prezident seçkilərində
namizədliyinin qeydə alınması üçün
seçki sənədləri Mərkəzi
Seçki Komissiyasına təqdim edilmişdir
Qarşıdan
gələn prezident seçkilərində
dövlət başçısı İlham
Əliyevin namizədliyinin qeydə alınması üçün Seçki
Məcəlləsinin tələblərinə müvafiq
olaraq seçki sənədləri
avqustun 20-də Yeni Azərbaycan
Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
AzərTAc
YAP-ın rəsmi saytına istinadla xəbər
verir ki, seçki sənədlərinə namizədin
müdafiəsi üçün
toplanmış 45 min seçici
imzasından ibarət imza vərəqələri
və qanunvericiliklə nəzərdə tutulmuş
digər sənədlər daxildir.
Azərbaycan. - 2013.- 21 avqust.- S. 1.