Nəqliyyat naziri Masallıda vətəndaşları qəbul
etmişdir
Avqustun 20-də nəqliyyat
naziri Ziya Məmmədov
Masallı şəhərindəki Gənclər Mərkəzində
bu rayondan, eyni zamanda, Cəlilabad, Biləsuvar,
Cəbrayıl, Yardımlı, Lənkəran, Lerik
və Astaradan olan vətəndaşları
qəbul edərək onların şikayət və təkliflərini
dinləmişdir.
AzərTAc xəbər verir ki, qəbulda Milli Məclisin deputatı, "Azəryolservis"
ASC-nin sədri Cavid Qurbanov,
"Azərbaycan Dəmir Yolları"
Qapalı
Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və Nəqliyyat Nazirliyinin digər rəhbər işçiləri iştirak etmişlər.
Vətəndaşların nazirə
müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması,
işlə təmin edilmək və digər məsələlərlə bağlı olmuşdur.
Qəbulda qaldırılan məsələlərin demək olar ki, əksəriyyəti yerindəcə həll olunmuş, vətəndaşların digər müraciətləri müvafiq köməklik göstərilməsi məqsədilə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.
Bəzi vətəndaşların
nazirliyin səlahiyyətlərinə
aid olmayan, şəxsi
xarakter daşıyan müraciətləri isə
müvafiq təşkilatlara
çatdırılmaq üçün
qeydiyyata alınmış
və nəzarətə
götürülmüşdür.
Azərbaycan. - 2013.- 21 avqust.- S. 2.