Təhsil naziri Siyəzən şəhərində vətəndaşları
qəbul edəcəkdir
Avqustun 24-də saat 11.00-da təhsil naziri
Mikayıl Cabbarov Siyəzən şəhərindəki
Gənclər evində mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər
və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq Siyəzən, Quba, Xaçmaz,
Xızı, Şabran və Qusar rayonlarında yaşayan
vətəndaşları qəbul edəcəkdir.
Təhsil
Nazirliyindən AzərTAc-a bildirmişlər ki,
qəbula gəlmək istəyən vətəndaşlar Təhsil
Nazirliyinin "Qaynar xətt"
xidmətinin 146 nömrəli telefonuna və
ya office@edu.gov.az elektron
poçt ünvanına müraciət edərək
qeydiyyatdan keçə bilərlər.
Azərbaycan. - 2013.- 21 avqust.- S. 2.