Fövqəladə
hallar naziri Yevlaxda vətəndaşları qəbul edəcəkdir
Azərbaycan
Respublikasının fövqəladə hallar
naziri, general-polkovnik Kəmaləddin
Heydərov avqustun 23-də saat
11:00-da Yevlax şəhərində vətəndaşları
qəbul edəcəkdir.
Fövqəladə
Hallar Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, qəbulda Yevlax, Mingəçevir, Naftalan,
Goranboy, Göyçay,
Ucar, Zərdab, Kürdəmir və Ağdaş sakinləri, habelə həmin
şəhər və rayonlarda müvəqqəti
məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız
Fövqəladə Hallar Nazirliyinin
fəaliyyəti ilə bağlı müraciətlərə
baxılacaqdır.
Qəbula
gələn vətəndaşların qeydiyyatı Fövqəladə
Hallar Nazirliyinin Aran Regional Mərkəzinin
inzibati binasında (ünvan: Yevlax şəhəri,
Bakı prospekti 30) avqustun
21-də saat 14:00-dan başlayacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti
təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: 994 (12) 512-01-14
e-mail: info@fhn.gov.az.
Azərbaycan. - 2013.- 21 avqust.- S. 2.