İqtisadi inkişaf
naziri İsmayıllıda vətəndaşları
qəbul edəcəkdir
Avqustun 23-də iqtisadi
inkişaf naziri Şahin Mustafayev
İsmayıllı şəhərində Ağsu,
Qobustan, Şamaxı və
İsmayıllı rayonlarından olan vətəndaşları
qəbul edəcəkdir.
Nazirliyin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, vətəndaşların
qəbulu saat 10.00-dan etibarən Heydər
Əliyev Mərkəzində (İsmayıllı şəhəri,
H.Əliyev prospekti, 57) təşkil
olunacaqdır.
Qəbula
gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin office@economy.gov.az elektron
poçt ünvanı və 598-95-10,
493-88-67 (21-42), (050) 359-35-90
nömrəli telefonlar (əlaqələndirici
şəxs Qumru Əsgərova), nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin
nazirliyin Dağlıq Şirvan
regional bölməsi (ünvan:
Şamaxı şəhəri, H.Əliyev küçəsi,
23, əlaqələndirici şəxs Azər Qasımov, əlaqə
telefonu: (02026) 5-10-25, (050) 395-02-56, elektron poçt
ünvanı: d.shirvan@rambler.ru) vasitəsilə
müraciət edə bilərlər.
Vətəndaşlar
nazirliyin rəsmi internet
və "facebook" səhifələrində
yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər
və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri
vasitəsilə də qəbula yazıla bilərlər.
Azərbaycan. - 2013.- 21 avqust.- S. 2.