Vergilər naziri Şirvanda vətəndaşları
qəbul edəcəkdir
Vergilər
naziri Fazil Məmmədov
avqustun 23-də Şirvan,
Hacıqabul, Salyan, Neftçala,
Sabirabad, Saatlı, Göyçay,
Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları Şirvan
şəhərindəki 5 saylı Ərazi Vergilər İdarəsində
(Gülbala Şıxbala oğlu
küçəsi, 14) qəbul edəcəkdir.
Nazirlikdən
AzərTAc-a bildirmişlər ki, qəbulda
iştirak etmək istəyənlər 195
Çağrı Mərkəzinə zəng etməklə, həmçinin
əlaqələndirici şəxs Quliyev
Səxavət (tel: (050) 340-31-58, (021)
216-19-79) vasitəsilə qəbula yazıla bilərlər.
Azərbaycan. - 2013.- 21 avqust.- S. 2.