Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası keçirilmişdir
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası olmuşdur.
Konstitusiya Məhkəməsinin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə
və "Konstitusiya Məhkəməsi
haqqında" qanunun 33-cü maddəsinə
əsasən, "Əmək pensiyaları haqqında" qanunun 20.1.7-ci maddəsinin şərh edilməsi
ilə bağlı 2
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
müraciətinə baxılaraq icraata qəbul
olunması haqqında qərardad
çıxarılmışdır. Müraciətə mahiyyəti
üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun
sentyabrın 10-na təyin edilmiş
iclasında baxılacaqdır.
* * *
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə
və "Konstitusiya Məhkəməsi
haqqında" qanunun 7.1-ci maddəsinə
əsasən, Teymuraz Cavaxadzenin
məhkəmə aktlarından verdiyi
şikayətə baxılaraq icraata qəbul
edilməsi
haqqında qərardad çıxarılmışdır.
Şikayətə mahiyyəti üzrə, tərəflərin
iştirakı ilə Konstitusiya Məhkəməsi
Plenumunun sentyabrın 13-nə təyin edilmiş iclasında baxılacaqdır.
Azərbaycan. - 2013.- 21 avqust.- S. 4.