Daxili işlər orqanlarına
xidmətə yeni qəbul edilmiş
gənc polis əməkdaşlarının
sıra baxışı keçirilmişdir
Avqustun 20-də Azərbaycan
Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı
ilə Daxili İşlər Nazirliyinin Arif Heydərov
adına sıravi və kiçik rəis
heyəti hazırlayan məktəbində daxili
işlər orqanlarına xidmətə yeni
qəbul edilmiş gənc polis
əməkdaşlarının
sıra baxışı keçirilmişdir.
Daxili İşlər
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, tədbiri açan Ramil Usubov xalqımızın ümummilli
lideri Heydər Əliyevin Azərbaycan gəncliyinə
olan böyük diqqət
və qayğısının onun siyasi kursunun layiqli davamçısı - Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham
Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini
vurğulamışdır. Qeyd edilmişdir ki,
ulu öndər tərəfindən
imzalanmış "Dövlət gənclər siyasəti
haqqında" fərmandan, "Gənclər siyasəti
haqqında" Azərbaycan Respublikasının Qanunundan və eləcə də Prezident İlham Əliyev
tərəfindən təsdiq edilmiş
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
dövlət proqramından irəli gələn vəzifələr
daxili işlər orqanlarında da uğurla həyata keçirilir. Bunun məntiqi
nəticəsidir ki, hazırda
respublikanın daxili işlər
orqanlarında xidmət edən şəxsi heyətin 40 faizini, o cümlədən
sıravi kiçik rəis heyətinin 51 faizini gənclərimiz təşkil edir.
Nazir demişdir ki, sıravi və
kiçik rəis heyəti vəzifələrində
çalışan əməkdaşların vəzifədə
irəli çəkilməsi, ümumilikdə gənclərə
lazımi diqqət və qayğının göstərilməsi
ölkə rəhbərliyinin böyük
önəm verdiyi əsas məsələlərdəndir. Həmin
ali diqqət və yüksək
etimadın əyani təzahürüdür ki,
təkcə bu ilin
ötən dövrü ərzində 1084
gənc polis sıralarına qəbul edilərək
işlə təmin edilmişdir. Bu gün isə daxili işlər orqanlarında xidmətə yeni qəbul olunan 487 gənc
polis kimi şərəfli
və məsuliyyətli bir dövlət qulluğunda fəaliyyətə məhz
peşə hazırlığı kursu
keçdikdən sonra başlayacaqdır.
"Gənc
əməkdaşlara çətin və şərəfli olan polis peşəsinin
sirlərinin öyrədilməsi, peşəkar və
bacarıqlı polis əməkdaşı
formalaşdırmaq kimi bu
təhsil ocağının üzərinə də böyük məsuliyyət düşür"
- deyən nazir qeyd etmişdir ki, məktəbin
maddi-texniki bazası daha da
yaxşılaşdırılmış, gənc əməkdaşlar
üçün beynəlxalq standartlara uyğun
lazımi şəraitin yaradılması təmin olunmuşdur.
Çıxışının
sonunda polis
sıralarına yeni qəbul edilmiş əməkdaşlara tələb və
tövsiyələrini çatdıran nazir
Ramil Usubov, həmçinin
onlara Vətənə məhəbbət,
dövlətçiliyə sədaqətlə xidmət etməyi
və Azərbaycan Respublikası Prezidentinin
daxili işlər orqanlarının
qarşısında qoyduğu yüksək
tələblərə uyğun fəaliyyət
göstərmələrini, vətəndaşlarımızın
həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq
və azadlıqlarının qorunması, cinayətkarlıqla
qətiyyətli mübarizə və ictimai
təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin
yerinə yetirilməsində uğurlar
arzulamışdır.
Daxili işlər
orqanlarında xidmətə yeni qəbul olunan gənc əməkdaşlar adından
çıxış edən polis kiçik serjantı Səid Əliyev onlara göstərilən böyük
etimada görə Daxili
İşlər Nazirliyinin rəhbərliyinə
minnətdarlığını bildirmişdir. O, Vətənə,
dövlətə və anda sadiq qalacaqlarına, gənclərə göstərilən
dövlət qayğısını, ali
diqqəti nümunəvi xidmətləri ilə
doğruldacaqlarına söz vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan
polisi Prezident İlham Əliyevin yürütdüyü
uğurlu daxili və xarici siyasəti dəstəkləyir, Ali Baş Komandanın bütün əmr və
tapşırıqlarını layiqincə yerinə yetirməyə
hər an hazırdır.
Azərbaycan. - 2013.- 21 avqust.- S. 4.