Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

 

Avqustun 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın 17 avqust 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş İsmayıl Sədulla oğlu Yusufovun Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin təsdiq edilməsi haqqında məsələyə baxılmışdır. MSK qərara almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin seçkilərində İsmayıl Sədulla oğlu Yusifovun namizədliyi təsdiq edilsin.

İclasda namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Şirzad oğlu Həsənovun Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin təsdiq edilməsi haqqında məsələyə də baxılmışdır. Komissiyanın qərarına əsasən, Elşən Şirzad oğlu Həsənovun namizədliyi təsdiq edilmişdir.

MSK Elvin Çingiz oğlu Akifzadəni və İsmi Yaqub oğlu Rzazadəni  prezident seçkilərində namizədliyi təsdiq olunmuş Zahid Orucun  səlahiyyətli nümayəndələri kimi qeydə almışdır.

Mərkəzi Seçki Komissiyası cari məsələlərə də baxmışdır.

MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan. - 2013.- 21 avqust.- S. 4.