2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüş
Elşən Şirzad oğlu
Həsənovun namizədliyinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının qərarı
Qərar
¹ 16/101
2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
Elşən Şirzad oğlu
Həsənovun namizədliyi öz təşəbbüsü
ilə irəli sürülmüşdür.
Namizədliyin
irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 15-də namizədin
özü tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq
edilməsi üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüş
Elşən Şirzad oğlu
Həsənovun namizədliyi təsdiq edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.08.2013
Azərbaycan. - 2013.- 21 avqust.- S. 4.