2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi təsdiq olunmuş
Zahid Məhərrəm oğlu
Orucun səlahiyyətli nümayəndələrinin
qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının qərarı
Qərar
¹ 16/102
2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində Azərbaycan Respublikasının
Prezidentliyinə namizədliyi təsdiq olunmuş
Zahid Məhərrəm oğlu
Oruc səlahiyyətli nümayəndələr
təyin etmiş və həmin şəxslərin
qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim etmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin
şəxslərin qeydə alınması üçün
əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü
və 52-ci maddələrinə əsasən qərara
alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslər
namizədliyi təsdiq edilmiş Zahid Məhərrəm oğlu
Orucun səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
- Elvin Çingiz oğlu Akifzadə
- İsmi Yaqub oğlu Rzazadə
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.08.2013
Azərbaycan. - 2013.- 21 avqust.- S. 4.