İmran Cəfərzadə Berlindəki
«Charite» klinikasında reanimasiyadan
palataya köçürülmüşdür
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında
Heydər Əliyev Fondunun dəstəyi və
Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı
ilə Almaniyanın "Charite"
klinikasında müalicə olunan Bakı
şəhər sakini, 2010-cu il təvəllüdlü İmran
Cəfərzadənin vəziyyətinə dair
həkimlərin
avqustun 20-də növbəti konsiliumu keçirilmişdir.
Azərbaycan
Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyindən
bildirmişlər ki, həkimlər
bütövlükdə müalicənin gedişindən
razı qalıblar.
İmran Cəfərzadə reanimasiyadan palataya köçürülmüş və onun müalicəsi həkimlərin xüsusi nəzarəti altında davam edəcəkdir.
Üçüncü
əməliyyatdan sonra xəstə özünü normal hiss edir və yaraların
sağalmasında irəliləyiş müşahidə olunur.
Azərbaycanın
Almaniyadakı səfirliyi İmran Cəfərzadənin
həkimləri ilə intensiv əlaqə
saxlayır və xəstənin durumuna dair Azərbaycan Respublikasının Prezidenti Administrasiyasını və Heydər
Əliyev Fondunu davamlı olaraq
məlumatlandırır.
AzərTAc
Azərbaycan. - 2013.- 21 avqust.- S. 6.