Sözlə əməlin
vəhdəti dövlət siyasətində uğurların əsas
təminatçısıdır
Sözlə əməlin
vəhdəti şəxsiyyətin bütövlüyünü
təsdiq edən əsas şərtdir. Söz sahibinin
fəaliyyəti xalqın diqqət mərkəzində olanda, hər addımı ictimaiyyət tərəfindən
maraqla izlənəndə sözügedən
fikrin məna yükü
dəfələrlə artır. 2011-ci il
6 may ağcabədililər üçün şərəfli və unudulmaz tarixdir. Respublika Prezidenti İlham Əliyev həmin gün
Ağcabədidə səfərdə olmuş,
rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşmüş və səfər
proqramı çərçivəsində yeni
xəstəxana kompleksinin təməlqoyma
mərasimində iştirak etmişdir. Bütün ölkə əhalisi kimi,
ağcabədililərin də nümunəvi səhiyyə
xidməti ilə təmin olunmasının zəruriliyini vurğulayan dövlət
başçısı tezliklə burada Avropa standartlarına cavab
verəcək səviyyədə xəstəxana kompleksinin yaradılacağını əminliklə
qeyd etmişdi...
Aradan o qədər də böyük
zaman keçməyib. İki
il əvvəl dövlət
başçısının təməlqoyma mərasimində
iştirak etdiyi inşaat meydançasında indi
gündən-günə gözəlləşən Ağcabədinin
hüsnünə yaraşıq verən möhtəşəm
xəstəxana
kompleksi ucaldılıb. Bu
günlər tikintidə son tamamlama işləri aparılır. Bu məkanda böyük qələbəlikdir.
İnşaatçılarla yanaşı, rayonun
səhiyyə işçiləri də həvəslə
çalışırlar. Yeni iş yerlərini səliqəyə salır,
qapı-pəncərələrin tozunu
alır, mebelləri yerbəyer edirlər.
Kompleksi tikən "Fərid inşaat" firmasının direktoru
Sübhan Həsənov düşüncələrini
bizimlə paylaşır:
- Belə
möhtəşəm xəstəxana
kompleksini inşa etmək
bizim üçün məsuliyyətli olduğu
qədər də şərəflidir. Yəqin ki, cənab Prezident təməlini
qoyduğu kompleksin
açılışında da iştirak edəcəkdir. Bax,
bu məntiq tikintiyə
başladığımız ilk gündən
indiyədək gördüyümüz bütün işlərin gözəgörünməz
keyfiyyət nəzarətçisi olub. İnşa etmək, tikib-qurmaq
bizim peşəmizdir. Demək
istədiyim isə başqa şeydir. İnkişaf etmiş Avropa ölkələrindəki
səhiyyə müəssisələri ilə müqayisədə
geri qalmayan, bəlkə
də bir çox
parametrlərinə görə üstün
olan belə möhtəşəm xəstəxana
kompleksinin ölkənin əyalətində
araya, ərsəyə gəlməsi doğma Azərbaycanın necə böyük sürətlə inkişaf
etməsinin parlaq göstəricisidir. Təbii
ki, bu inkişafın,
bu yüksəlişin əsas təminatçısı
dövlət başçısı İlham
Əliyevdir. Rayonun ziyalıları,
ağsaqqalları dəfələrlə bura
gəlib, tikintinin gedişi
ilə maraqlanıblar. Sadə adamların dilindən göstərdiyi
bu misilsiz qayğı
və diqqətə görə dövlət
başçısının ünvanına səslənən
minnətdarlıq dolu çox
dualar eşitmişik.
Həmsöhbətim
təvazökarlıq edib rəhbərlik etdiyi kollektivin könülaçan, üzəgülən
işindən danışmasa da, hər şey göz
qabağındadır. Burada hər iş zövqlə, yüksək keyfiyyətlə
görülmüşdür. Xəstəxana
kompleksi 4 hektara
yaxın ərazini əhatə edir. Tikintinin smeta dəyəri
27,4 milyon manatdır. Sifarişçisi
respublika Səhiyyə Nazirliyidir.
Tikintinin ən qızğın günlərində
burada çalışanların sayı
500 nəfərə qədər artırdı. Təbii ki, işçi qüvvəsinin
80-85 faizi ağcabədililərdən ibarət
olmuşdur.
205
çarpayılıq bu xəstəxana kompleksi istifadəyə veriləndən sonra ağcabədililər
sağlamlıqlarının qayğısına qalmaq üçün böyük məsafə qət edib Bakıya üz tutmayacaqlar. Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının baş həkimi
Novruz Abbasov deyir ki, yeni
kompleksdə yaradılan şərait son dərəcə
idealdır. Hazırda xəstəxanada yeni
avadanlıqlar quraşdırılıb. Müayinə və
müalicə aparatları Almaniya, İtaliya, Yaponiya və
Türkiyə firmalarının istehsalıdır. Xəstəxanada
7 ədəd dializ aparatı
quraşdırılır. Bu, hər gün 45 xəstənin müalicə
olunması deməkdir. Burada yaradılmış osmos
sistemli dializ
aparatlarının sayını 15-ə çatdırmağa imkan verir.
Yeni xəstəxana kompleksinin müasir
müayinə və müalicə aparatları ilə təchiz
edilməsi özlüyündə yeni
qayğılar da yaradır. Baş həkim Novruz Abbasov deyir ki,
Səhiyyə Nazirliyi bununla
bağlı tədbirlər görür. Nazirliyin göndərişi ilə rayonun bir həkimi
hazırda Türkiyədə təcrübə keçir. Rayonun daha səkkiz nəfər həkiminin sənədləri qardaş
Türkiyəyə göndərilmək üçün
hazırlanır. Üç nəfər
həkim isə qonşu Bərdədə
müayinə və müalicə mərkəzində dializ aparatlarını idarə etməyi
öyrənir. Ümumiyyətlə, yeni
avadanlıqlarla işləməyi mənimsəmək üçün həkimlərin
hazırlıq kurslarına göndərilməsi mərhələ-mərhələ
davam etdiriləcəkdir.
Regionların dinamik sosial-iqtisadi
inkişafı prosesində Ağcabədi öncüllük
mövqeyini inamla qoruyub saxlamaqdadır. Bu mövqeyi təmin edən əsas şərt
dövlətin, respublika Prezidenti
İlham Əliyevin bu
cəbhə bölgəsinə davamlı və yetərli
qayğısıdır. Bu
qayğının məntiqi nəticəsidir ki,
Ağcabədi son illər, sözün həqiqi mənasında, əsl intibah dövrünü
yaşayır. Uğurlu illər bir-birini əvəzlədikcə bu tarixi diyarın
siması sürətlə dəyişir, müasir
görkəm alır, gözəlləşir. Son
on ildə əsrə bərabər inkişaf yolu keçən
Ağcabədi rayonu sakinlərinin həyat
tərzi, dolanışıq səviyyəsi də müqayisəedilməz
dərəcədə yaxşılaşmışdır. Uğurla həyata
keçirilən sosial layihələr, yerli şəraitə uyğun
olaraq yaradıcılıqla qurulan infrastruktur mühiti adamları doğma
yurda daha möhkəm
tellərlə bağlayır, məişət
qayğılarını yüngülləşdirmək, sosial problemlərdən xilas
olmaq üçün
şəhərə yönələn axının
qarşısını əhəmiyyətli dərəcədə
alır. Artıq neçə ildir ki, bölgəyə təbii qaz
verilir, elektrik enerjisi ilə təminatdakı fasilələr
tamamilə aradan
qaldırılmışdır. İçməli və suvarma suyu ilə
bağlı problemlər uğurla həll
olunur. Bölgədə müasir
tələblərə cavab verən yol infrastrukturu
yaradılır. Sahibkarlığın
inkişafı yolunda yandırılan
yaşıl işıq, onlara göstərilən
qayğı və diqqət iş
adamlarına qol-qanad verir,
yeni istehsal və emal müəssisələrinin
yaradılması ilə nəticələnir, minlərlə rayon sakini üçün daimi və sərfəli
iş yerləri açılır.
Dövlət
qayğısından güc alan ağcabədililər genişmiqyaslı quruculuq işlərini bu gün də əzmlə davam
etdirirlər. Rayon mərkəzi böyük tikinti
meydançasına bənzəyir. Son tamamlama
işləri görülən "Gənclər mərkəzi",
Yeni Azərbaycan Partiyası Ağcabədi
rayon təşkilatı üçün
inzibati bina, yeni çörək zavodu,
uşaq bağçası, xəstəxana
kompleksi və digər yaraşıqlı
binalar məhz bu il ünvan tapacaqdır.
Lazım
QULİYEV
Azərbaycan. - 2013.- 20 avqust.- S. 5.