Tezliklə hər
evdə, məhəllədə təmiz su
olacaq
Əhalinin
yaşayış səviyyəsinin
yaxşılaşdırılması,
sağlamlığının qorunması üçün
dövlət tərəfindən ardıcıllıqla tədbirlər
həyata keçirilir. Regionların
sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində görülən
işlər göz qabağındadır.
10-15 il bundan əvvəl
əhali, xüsusilə regionlarda yaşayan insanlar elektrik enerjisi sarıdan ciddi çətinliklər çəkirdilər.
Ən yaxşı halda gün
ərzində rayon mərkəzlərinə,
qəsəbə və kəndlərə 4-5 saat işıq verilirdi. O da zəif. Gərginliyin aşağı
olması üzündən məişət cihazları
sıradan çıxırdı.
Həyata
keçirilən tədbirlər nəticəsində indi respublikamızın ən ucqar
yaşayış məntəqələrində belə, elektrik enerjisi problemi yoxdur. Artıq
şəhərlərimiz, qəsəbə və kəndlərimiz
öz simasını dəyişib,
tanınmaz olub. İkinci
Dövlət Proqramında nəzərdə tutulan
məsələlər uğurla həyata
keçirilir. Tikinti-quruculuq,
abadlıq işləri ilə yanaşı, mühüm
əhəmiyyət kəsb edən təbii qaz,
yol, su-kanalizasiya
çəkilişi kimi infrastruktur
layihələri icra olunur.
Həmin məsələlər
Hacıqabul rayonunda da
həllini tapır. Son illər burada mühüm işlər
görülüb. Onu
deyək ki, uzun illər
Şirvan şəhərinin tərkibində
olan və 1990-cı ildə yaradılan
Hacıqabulun görkəmi xüsusən son
dövr tanınmaz dərəcədə
dəyişib. Tikilən yaşayış evləri,
salınan parklar, xiyabanlar,
çəkilən küçələr, əkilən ağaclar, güllər-çiçəklər
ğöz oxşayır. Yaradılan
müəssisələr rayonun iqtisadi potensialını artırmaqla bərabər,
yerli əhalinin məşğulluğunun
yüksəldilməsinə xeyli təsir
göstərib. Müasir tələblərə
cavab verən təhsil, səhiyyə, mədəniyyət
ocaqları, o cümlədən uşaq bağçaları inşa
edilib. Yeni texnologiya əsasında təbii qazın
çəkilişi kənd rayonları sırasında ilk dəfə olaraq burada başa
çatdırılıb. Rayonun ən ucqar kəndlərindən olan
Udulu Rəncbər, Qubalı-Baloğlan kəndlərinə,
Pirhüseyn xanəgahına asfalt yol çəkilib.
Hazırda
Hacıqabul şəhərində digər işlərlə
yanaşı, əhali üçün mühüm əhəmiyyət kəsb edən
su-kanalizasiya layihəsi həyata keçirilir. Artıq Hacıqabul şəhərində
işlərin 50 faizdən çoxu icra olunmuşdur. Cari ilin aprel
ayında birinci mərhələnin istifadəyə
verilməsində ölkə başçısı iştirak etmiş və rayon ictimaiyyətinin nümayəndələri
qarşısında çıxış edərək demişdir: "Hacıqabul rayonunun
içməli su ilə təmin edilməsi
üçün praktik
tədbirlər görülmüşdür.
Keçən il biz
Hacıqabul-Şirvan-Muğan su kəmərinin
təməlini qoyduq. Bu
kəmərin fəaliyyəti nəticəsində artıq
Hacıqabula içməli su gəlir. Ondan sonrakı dövrdə yeni
şəbəkələr qurulacaqdır. Artıq bu işlərə
başlanılmışdır və biz hər
bir evə içməli suyun
verilməsinə nail olacağıq. Bu, doğrudan da, böyük layihədir,
deyə bilərəm ki, tarixi
layihədir. Bu, onu
göstərir ki, siyasi
iradə olduğu zaman
hər bir iş
görülə bilər".
Mütəxəssislərin
dediyinə görə, Hacıqabul şəhərinin orta sutkalıq su sərfi
248 min litrdir. Layihəyə
əsasən, uzunluğu 170 kilometr olacaq Şirvan-Muğan su kəmərindən
istifadə edəcək əhalinin sayı isə 470 min nəfərdir. Kəmər 121 kəndi, o cümlədən
Sabirabadın 13 kəndini əhatə edəcək.
Sabirabad-Saatlı qrup su
kəmərinin uzunluğu isə 40 kilometrdir.
"Hacıqabul
şəhərinin su təchizatı və
kanalizasiya sisteminin
yenidən qurulması layihəsi" əhali
artımının 2035-ci ilə qədər inkişaf
perspektivi nəzərə alınmaqla 30,4
min nəfər üçün
hesablanmışdır və dövlət büdcəsi vəsaiti
hesabına həyata keçirilir.
Onu da deyək ki, Hacıqabul
şəhərinin mərkəzləşdirilmiş su sistemi 1970-ci ildə
yaradılmışdı. Su xətləri
korroziyaya uğradığından
yararsız hala düşmüşdü.
Bu isə tez-tez qəzaların
baş verməsi, küçələrin
asfalt örtüyünün
korlanması ilə nəticələnirdi. Köhnə su şəbəkəsinin uzunluğu
cəmi 25,5 kilometr təşkil etmiş, kanalizasiya şəbəkəsi
isə ümumiyyətlə, olmamışdır. Yeni layihəyə əsasən, şəhərin
su təchizatının
özüaxımlı rejimdə fəaliyyət göstərməsi
üçün 2,4 kilometr
uzunluğunda magistral kanal çəkilmişdir. Relyef
baxımından yüksək sahədə 5 min
kubmetr tutumu olan anbar inşa
edilir. Bunun ardınca uzunluğu 115 kilometr olan müxtəlif diametrli paylayıcı su
şəbəkəsi və ümumi uzunluğu 105 kilometr olan kanalizasiya şəbəkəsi
yaradılacaq. 2014-cü ildə layihənin icrası başa çatdıqdan sonra
Hacıqabul şəhərinin əhalisi fasiləsiz və
keyfiyyətli içməli su ilə təmin
olunacaq. Layihəyə
uyğun olaraq,
Hacıqabul şəhərinin yaxınlığında, relyef baxımından çökək ərazidə
kanalizasiya nasos
stansiyasının tikintisi
planlaşdırılıb. Çirkli
suları toplanaraq Şirvan-Kürdəmir
avtomobil yolunun kənarında
tikiləcək sutəmizləyici qurğuya
ötürüləcək və təmizləndikdən sonra yaxınlıqdan keçən Baş Şirvan kollektoruna axıdılacaq.
Talış-Bakı
su kəməri xəttinin Şirvan-Muğan
istiqamətinə yönəldilməsi nəticəsində Şirvan şəhərinin, Salyan,
Neftçala və Biləsuvar
rayonlarının əhalisi də təmiz içməli su ilə təmin ediləcək. Bu istiqamətdə həmin rayonlarda
da intensiv işlər
görülür.
Seyran
CAVADOV
Azərbaycan. - 2013.- 20 avqust.- S. 5.