Abadlıq-quruculuq işlərinin yeni mərhələsi başlanır

 

Ağsuda bir çox layihələr üzrə son tamamlama işləri gedir. Rayon mərkəzinin "tozlu-torpaqlı" günləri arxada qalır - içməli su xəttinin çəkilişi və kanalizasiya şəbəkəsinin yenidən qurulması ilə əlaqədar qazılmış yerlər örtülür, yeni asfalt döşənməsi üçün hazırlanır. Yollar rahat, hərəkət qaydasında olmayanda insanların gediş-gəlişində müəyyən çətinliklər yaranır. Su-kanalizasiya ilə əlaqədar təmir-tikinti işləri gedən bütün şəhər və rayon mərkəzlərində belədir. Ancaq sakinlər yaxşı bilirlər ki, bu narahatlıqlar müvəqqətidir, görülən işlər onların rifahı üçündür.

Ağsu şəhərini gəzib-dolaşdıqca hər yerdə qızğın abadlıq-quruculuq işlərinin şahidi oluruq. Rayon mərkəzindən kəndlərə gedən yollar da abadlaşdırılır. Onu da qeyd edək ki, Ağsu rayonunda kənd yollarının tikintisi üçün dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 6 milyon manat vəsait ayrılıb. Həmin vəsaitlə Ağsu-Çaparlı-Bağırlı avtomobil yolu çəkilir. 14 min əhalisi olan 13 kəndi birləşdirən bu yolun uzunluğu 27 kilometrdir. Yolun üzərində 3 müasir körpünün tikintisi başa çatdırılıb.

Tikinti işlərinin gedişi ilə tanış olmaq üçün həmin yola çıxdıq. RİH başçısı Ənvər Seyidəliyevlə də burada - üstündə görüşdük. Qızğın gedirdi. Yolun əksər hissəsinə tam asfalt örtüyü çəkilmiş, bəzi yerlərdə isə hələlik astar vurulmuşdu. Mühəndis və fəhlələrlə qısa söhbətdən sonra Ənvər müəllimin təklifi ilə avtomobilə əyləşib yolun qarşıdakı hissələrinə də baş çəkdik. Yol rahat idi. İşin çox hissəsi görüldüyündən yaxın zamanlarda yol yəqin ki, istifadəyə verilər və bu yerlərin sakinlərinin rayon mərkəzinə gediş-gəliş problemi birdəfəlik həll edilər. Söhbət etdiyimiz sakinlər bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Ağsuda həyata keçirilən önəmli layihələrdən biriDünya Bankı və Azərbaycan hökuməti ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə" çərçivəsində rayon mərkəzinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılmasıdır. Layihə çərçivəsində rayonda 130374 metr su şəbəkəsi tikilib. Bundan əlavə, həcmi 1500 və 50 kubmetr olan 2 rezervuarın tikintisi başa çatdırılıb, 414 su hidrantı (d-100 mm), 507 su siyirtməsi (d-100-160 mm) quraşdırılıb və su xətlərindən 4552 ev birləşmələri verilib. Magistral kanalizasiya xəttinin 5 km hissəsi (layihə üzrə 5,4 km), 115051 metr daxili kanalizasiya şəbəkəsi və 3064 quyu inşa edilib. Kanalizasiya xəttindən birləşmələr üçün 4552 çıxış verilib. İşlərin icrası davam edir.

Ağsuda sahibkarlığın inkişafına lazımi şərait yaradılır. İl başlayandan Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 53 sahibkara 667 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 90-a yaxın yeni yerinin yaradılması nəzərdə tutulur. Ümumilikdə 2004-cü ildən indiyə kimi 1026 yeni yerinin yaradılması üçün 347 investisiya layihəsi maliyyələşdirilib.

Rayonda icrası başa çatandavam edən layihələr çoxdur. Bir çox obyektlər, o cümlədən "Aqrolizinq" ASC-nin Ağsu rayon "Aqroservis" filialı üçün istehsalat bazası, Padar kəndində saatlıq istehsal gücü 30 kubmetr olan qum-çınqıl karxanası, rayon mərkəzi ilə Pirhəsənli kəndinin birləşdiyi yerdə yeni park, Ağsu şəhərində və kəndlərdə onlarca ticarət, iaşə, məişət və servis xidməti obyekti, plastik qapı-pəncərə hazırlayan sexlər, istehsal müəssisələri istifadəyə verilib. Kəndarası yollar təmir edilir. Bina və tikililərin görkəmi yaxşılaşdırılır, piyada səkiləri salınır, mişar daşı ilə hasarlar tikilir, mövcud hasarlar isə eyni qaydada üzlənir.

Pirhəsənli kəndində kənd təsərrüfatı məhsullarının saxlanması üçün 500 tonluq soyuducu anbarın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsi, Dövlət Miqrasiya Xidmətinin regional idarəsi üçün inzibati binaların, onlarca ticarət, iaşə, məişət və servis xidməti obyektinin tikintisi, eləcə də rayon mərkəzində və kəndlərdə abadlıq-quruculuq, təmir-bərpa işləri davam edir. Onu da qeyd edək ki, ilin əvvəlindən yeni və bərpa edilmiş müəssisələrdə, abadlıq-quruculuq işlərində 211 nəfər daimi işlə təmin olunub.

Ağsu şəhəri ərazisində yeni tikilmiş mənzillərin qazlaşdırılması üçün tədbirlər görülür, eləcə də qaz olmayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə tikinti-quraşdırma işləri davam edir. İndiyədək rayon üzrə 119,2 min pm yerüstü aşağı və orta təzyiqli qaz kəmərlərinin çəkilişi başa çatdırılıb. 156 əhali abonentini əhatə edən YenilikElabad kəndləri uzun fasilədən sonra yenidən təbii qazla təmin olunub. Hər bir istehlakçı üçün əvvəlcədən ödəmə sistemli "İTRON" tipli qaz sayğacı quraşdırılıb. Ümumilikdə 1107 fərdi mənzili əhatə edən Ərəbuşağı, Ağalarbəyli, Qaraqoyunlu, Təklə, Dəllər, Muradlı, Musabəyli və Göydəlləkli kəndlərinin təbii qazla təminatı və sayğaclaşma məsələsi də həll edilib.

Ümumi  abonent sayı 7948 olan 30 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu isə yaşayış məntəqələrinin 37,5 faizini təşkil edir. Başqa sözlə, hazırda rayon əhalisinin 56,4 faizi təbii qazdan istifadə edir. 

Ağsu Mərkəzi Rayon Xəstəxanasının yeni binasının, 180 şagirdlik Rəhimli kənd tam orta məktəbinin tikintisi davam edir. 180 yerlik Qəşəd kənd tam orta məktəbin yeni binası bu yaxınlarda istifadəyə verilib. Eləcə də hər biri 80 şagirdlik Keşdiməz ümumi orta, Dilman və Muradlı kənd tam orta məktəb binalarının tikintisinə isə hazırlıq işləri gedir.

İlin ilk yarısı arxada qalıb. Qarşıdakı aylarda, nəzərdə tutulduğu kimi, bir çox layihənin, tikinti-quruculuq işlərinin başa çatdırılacağı gözlənilir. Bunun üçün yetərincə dövlət dəstəyi də var, işgüzarlıq da.

 

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2013.- 20 avqust.- S. 5.