Dövlət
büdcəsindən maliyyələşən bir
sıra təşkilatlarda çalışan işçilərin
əməkhaqlarının artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, dövlət büdcəsindən
maliyyələşən bir
sıra təşkilatlarda
çalışan işçilərin
sosial müdafiəsini
daha da gücləndirmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət
büdcəsindən maliyyələşən
aşağıda göstərilən təşkilatlarda
çalışan rəhbər və digər işçilərin
aylıq vəzifə maaşları 2013-cü il
sentyabrın 1-dən orta hesabla
10 faiz artırılsın:
1.1. Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət
Heyəti və aparatı, Naxçıvan bölməsinin
aparatı, Gəncə bölməsinin aparatı, Elmi İnnovasiyalar Mərkəzi;
1.2. Heydər
Əliyev Mərkəzi;
1.3. Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;
1.4. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc);
1.5. "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi;
1.6. Azərbaycanda Atatürk Mərkəzi;
1.7. Azərbaycan Respublikasının dövlət
arxivləri və onların filialları,
rayon (şəhər) dövlət
arxivləri;
1.8. Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
Sirrinin Mühafizəsi
üzrə İdarələrarası
Komissiyanın İşçi
Qrupu;
1.9. Əsir və İtkin Düşmüş, Girov
Götürülmüş Vətəndaşlarla Əlaqədar
Dövlət Komissiyasının
İşçi Qrupu;
1.10. Azərbaycan Respublikasının Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə
Dövlət Komissiyasının
daimi fəaliyyət göstərən İşçi
Qrupu;
1.11. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Dövlət
Film Fondu və onun Naxçıvan filialı;
1.12. Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondu;
1.13. Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondu;
1.14. Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
Katibliyi;
1.15. Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər
Fondu.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. dövlət
orqanlarının tabeliyində
olan dövlət büdcəsindən maliyyələşdirilən
qurumların dövlət
qulluqçusu olmayan işçilərinin (Vahid
Tarif Cədvəli əsasında əməkhaqqı
alan işçilər
istisna olmaqla) vəzifə maaşlarının
orta hesabla 10 faiz artırılmasını
təmin etsin;
2.2. bu
sərəncamın 1-ci hissəsində
göstərilən təşkilatlarda
və 2.1-ci bəndində
nəzərdə tutulan
qurumlarda çalışan
rəhbər və digər işçilərin
vəzifə maaşlarının
yeni məbləğlərini
müəyyən etsin;
2.3. üç
ay müddətində Azərbaycan
Respublikası Prezidentinin
aktlarının bu sərəncama uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlasın
və Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.4. üç
ay müddətində Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ-hüquqi
aktlarının bu sərəncama uyğunlaşdırılmasını
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.5. bu
sərəncamdan irəli
gələn digər məsələləri həll
etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 21 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 22 avqust.- S. 1.