Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 199 Bakı şəhəri,
2 avqust 2013-cü il
"Giriş-çıxış
və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili
Qaydaları"nın və
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sistemi daxilində dövlət
orqanlarının informasiya
resurslarından istifadəyə buraxılış dərəcəsi"nintəsdiq
edilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
"Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
18 mart tarixli 849 nömrəli
fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli
5 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹1, maddə 29) ilə təsdiq edilmiş
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili
Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.7-ci bənddən
və 6.5.3.1-ci yarımbənddən "Azərbaycan
Respublikasında 30 gündən artıq yaşamaq
istəyən əcnəbinin qeydiyyata
alınması haqqında vəsiqə," sözləri
çıxarılsın;
2. 3.7-ci bənddə
"bu vəsiqələrin" sözləri
"bu vəsiqənin" sözləri
ilə, "həmin şəxslərin" sözləri
"şəxsin" sözü ilə əvəz
edilsin;
3. 4.4.2.1-ci
yarımbənd ləğv edilsin;
4. 5.3-cü bənddən
"və qeydiyyat" sözləri
çıxarılsın.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 22 avqust.- S. 2.