Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
№
200 Bakı şəhəri,
2 avqust 2013-cü il
"Azərbaycan
Respublikası vahid büdcə təsnifatının
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik
edilməsi haqqında
"Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
18 mart tarixli 849 nömrəli
fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə
303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə
822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10,
maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə
130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr
22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753;
2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, №
4, maddə 365; 2012, № 9, maddə 934) ilə
təsdiq edilmiş 1 nömrəli əlavə
- "Büdcə gəlirlərinin təsnifatı"nın
1.4.2.2.1.3-cü yarımmaddəsindən "Azərbaycan
Respublikasında 30 gündən artıq yaşayan
əcnəbilərə qeydiyyat vəsiqəsi,"
sözləri çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 22 avqust.- S. 2.