Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
№
201 Bakı şəhəri,
2 avqust 2013-cü il
"Mexaniki nəqliyyat vasitələrinin və
onların qoşqularının müəyyən edilmiş qaydada dövlət
qeydiyyatından keçirilməsi və dövlət
qeydiyyatı üzrə uçota
alınması haqqında Əsasnamənin və Nəqliyyat
vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi
barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 39 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
"Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
18 mart tarixli 849 nömrəli
fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli
39 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195; 2001, № 10, maddə
663; 2003, № 6, maddə 342; 2006, № 5, maddələr 463, 472, № 9,
maddə 822, № 10, maddə 902, № 11, maddə 989; 2008, № 2, maddələr
116, 125, № 8, maddə 782; 2009, № 6, maddə 491; 2010, № 8, maddə
764; 2011, № 5, maddə 454; 2012, № 2, maddə 185, № 5, maddə 486;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 may tarixli 88 nömrəli
və 12 iyun tarixli 135
nömrəli qərarları) ilə təsdiq edilmiş
"Mexaniki nəqliyyat vasitələrinin
və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət
qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı
üzrə uçota alınması
haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.8-ci və
6.3-cü bəndlərin 2-ci yarımbəndlərində
"qeydiyyata alınması haqqında vəsiqə"
sözləri "şəxsiyyətini təsdiq edən sənəd"
sözləri ilə əvəz edilsin;
2.
3.1-ci bənddə, 3.3-cü bəndin səkkizinci, onuncu, on ikinci
abzaslarında "əcnəbinin yaşayış yeri üzrə qeydiyyata
alınması haqqında vəsiqə" sözləri
"Azərbaycan Respublikasının ərazisində əcnəbinin
şəxsiyyətini təsdiq edən sənəd"
sözləri ilə əvəz edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 22 avqust.- S. 2.