Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
202 Bakı şəhəri,
2 avqust 2013-cü il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 9 iyun tarixli
88 nömrəli qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasına gələn əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasında müvəqqəti
olma müddətinin uzadılması
Qaydaları"nda dəyişikliklər edilməsi barədə
"Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
18 mart tarixli 849 nömrəli
fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 9 iyun tarixli
88 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 6, maddə 489, ¹ 9, maddə 756; 2010, ¹ 8, maddə 769) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasına gələn əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasında müvəqqəti
olma müddətinin uzadılması
Qaydaları"nın 7-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
1. "d" yarımbəndi ləğv edilsin;
2. sonuncu abzasdan
"onların uzadılacaq müddətlə birlikdə
ölkədə müvəqqəti olma
müddəti 30 gündən artıq olarsa,"
sözləri çıxarılsın.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 22 avqust.- S. 2.