Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
№
203 Bakı
şəhəri, 7 avqust 2013-cü il
"Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların
(ixtisaslaşmaların) əsnifatı"nın, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan
ixtisasların Təsnifatı"nın və "Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş
bəzi qərarlarının
Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95
nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli
156 nömrəli Fərmanına əsasən, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təklifini
nəzərə alaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli
95 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə
388, № 5, maddə 492; 2013, № 3, maddə 331) ilə təsdiq edilmiş "Ali təhsilin
magistratura səviyyəsi üzrə
ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda
aşağıdakı dəyişikliklər edilsin:
1. "5. Təbiət
ixtisasları qrupu" hissəsinin
"060503 Fizika" ixtisasına "- Nanoelektronika" sözündən sonra "- Yüksək enerjilər
fizikası" sözləri əlavə edilsin;
2. "7. Kənd
təsərrüfatı ixtisasları qrupu"
hissəsinin "060701 Torpaqşünaslıq və aqrokimya" ixtisasına "- Torpağın ekoloji monitorinqi və
qorunması" sözlərindən sonra
"-
Torpaqşünaslıq" sözü əlavə
edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 22 avqust.- S. 2.