Baş nazirin müavini Əli Həsənov Gəncədə
məcburi köçkünlər üçün
salınan qəsəbədə inşaat
işlərinin gedişi ilə
tanış olmuşdur
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli
sərəncamı ilə təsdiq olunmuş
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na edilmiş əlavələrin
icrası ilə əlaqədar məcburi köçkünlərin mənzil-məişət
problemlərinin həll edilməsi məqsədilə Gəncə
şəhəri ərazisində ayrılmış 25 hektar sahədə salınan qəsəbədə
artıq tamamlanma işləri görülür.
Qəsəbədə
hər biri beşmərtəbəli olmaqla 25 ədəd yaşayış
binası inşa edilmişdir.
Bu binalarda 150 ədəd
bir, 650 ədəd iki,
550 ədəd üç və 150 ədəd dördotaqlı mənzillər
vardır. Bundan əlavə, qəsəbədə
1200 şagird yerlik məktəb,
280 yerlik uşaq
bağçası, musiqi məktəbi,
500 yerlik mədəniyyət sarayı, həkim
məntəqəsi, ATS və inzibati binalar, eləcə də yanğın deposu inşa edilmişdir.
Hazırda qəsəbənin
su, kanalizasiya, həmçinin
qaz və işıq xətlərinin
çəkilişləri sürətlə davam
etdirilir. Qəsəbədaxili yolların bir qisminə asfalt
salınmış və işıqlandırma sistemi
yaradılmışdır.
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov avqustun 21-də qəsəbəyə
gəlmiş, burada yekunlaşmaq
üzrə olan inşaat
işlərinin vəziyyəti ilə yaxından tanış olmuşdur.
Qəsəbədə ən müasir
üslubda inşa edilmiş mədəniyyət sarayına və
məktəb binasına baxış keçirən Baş nazirin müavini yaşayış evlərini də gəzmiş
və tikinti işlərini aparan şirkətlərə bəzi
tapşırıq və tövsiyələrini vermişdir.
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov qəsəbədə inşaat
işlərinin gedişi ilə
tanış olduqdan sonra
tikinti şirkətləri rəhbərlərinin
iştirakı ilə geniş
müşavirə keçirmişdir.
Müşavirədə
tikinti şirkətləri rəhbərlərinin
məlumatları dinlənilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Müşavirəyə
yekun vuran Əli Həsənov
bəzi şirkətlərə iradlarını bildirmiş və onlara mövcud nöqsanların qısa müddətdə
aradan qaldırılması, qəsəbədə
tikinti işlərinin avqustun
sonunadək başa
çatdırılması məqsədilə ciddi
tapşırıqlar vermişdir.
AzərTAc
Azərbaycan. - 2013.- 22 avqust.- S. 2.