Azərbaycan və
İran arasında əməkdaşlığın
inkişaf perspektivləri ilə
bağlı fikir mübadiləsi
aparılmışdır
Avqustun 21-də Azərbaycanın
müdafiə naziri general-polkovnik
Səfər Əbiyev İranın ölkəmizdəki səfiri
Möhsün Pakayin ilə
görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə
bölgədə hərbi-siyasi vəziyyət və əməkdaşlıq
məsələləri barədə fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan. - 2013.- 22 avqust.- S. 2.