Ağdaş uğurlarını
artırır
Ağdaş şəhəri öz yaşıllığı və səliqə-sahmanı
ilə həmişə seçilib. Bu səliqə hətta adamların daha çox
toplaşdığı yerlərdə də hiss
olunur. Əlbəttə,
yaşıllıq, səliqə-sahman təmizlik,
sağlamlıq deməkdir. Rayonda olarkən
öyrəndik ki, Ağdaş
şəhəri ərazisində və magistral
yolların kənarlarında 50 minədək müxtəlif növ ağac əkilib.
Heydər Əliyev prospektindəki çoxmənzilli
yaşayış binalarının ön
hissəsində də yeni
yaşıllıq massivi salınıb.
Əvvəldən
məlumatımız var idi
ki, Ağdaş şəhərində
yeni inzibati mərkəz
yaradılır. Odur ki, işlərin gedişi ilə maraqlandıq. Öyrəndik ki, həmin ərazidə Heydər Əliyev Mərkəzi
inşa olunur, Bayraq meydanı yaradılır, icra hakimiyyəti və Yeni
Azərbaycan Partiyası rayon təşkilatı,
həmçinin Yanğından Mühafizə İdarəsi üçün yeni binalar tikilir. İndiyəcən
isə eyni vaxtda
2 kənd məktəb binasının tikintisi
tamamlanıb, 5 kənd məktəbinin tikintisi
davam edir. Daha 5 kənd məktəbinin tikintisinə
yaxın günlərdə başlanacaq. Bunlardan əlavə, bir məktəbəqədər
tərbiyə müəssisəsi üçün
yeni binanın tikintisi
və birinin də əsaslı təmir
işləri gedir. Bu il
tikintisinə başlanılacaq Aralbir və
Tofiqi kəndlərinin hər birində
220, Qülbəndə və Qarağan-Şıxlar kəndlərinin
hər birində 180 və Ərəbşəki kəndində
80 şagirdlik yeni məktəb
binalarının tikintisi üçün
layihə smeta sənədləri
hazırlanıb. Qoqəti, Ərəbocaq və Tofiqi kəndlərində həkim məntəqələrinin
tikintisi isə başa
çatdırılıb.
Rayonda yol infrastrukturunun
yaxşılaşdırılması istiqamətində də
mühüm işlər görülür.
20 minə yaxın əhalinin və 12 yaşayış məntəqəsinin
istifadə etdiyi 34 km uzunluğunda Ləki-Pirəzə-Xınaxlı
kənd avtomobil yolunun
əsaslı təmirinə başlanılıb və
hazırda yolun 11,4 km
hissəsində son tamamlama
işləri görülür.
Ağdaş şəhərinin
su-kanalizasiya sistemi də
yenidən qurulur. İşin
əsas mərhələsinin həyata keçirilməsi üçün tenderin qalibi olmuş Türkiyənin
"ALKE" Mühəndis-İnşaat, Sənaye, Ticarət
Anonim Şirkəti tərəfindən
layihənin icrası istiqamətində müəyyən
işlər görülüb. Ağdaş şəhərinin
ərazisinin genişləndirilməsi ilə əlaqədar
şəhər ərazisinə qatılmış yaşayış
məntəqələrinin də su-kanalizasiya
xidmətləri ilə təmin edilməsi üçün
yeni layihənin hazırlanmasına
başlanılıb. Şəhərə yaxın olan və magistral su-kanalizasiya xətlərinin üstündə
yerləşən kəndlərin və Ləki qəsəbəsinin
içməli su və kanalizasiya
xidmətlərinin təşkili üçün
isə "Azərsu" ASC qarşısında məsələ
qaldırılıb.
Rayon əhalisinə elektrik enerjisi və təbii
qazın verilməsi istiqamətində də gərəkli tədbirlər
görülür. Aldığımız
məlumata görə, ilin əvvəlindən
45 km uzunluğunda elektrik verilişi xətti
əsaslı və cari təmir olunub. Rayonun Kükəl kəndi
ərazisində tikintisinə 2010-cu ildə
başlanılmış Ağdaş Regional Elektrik
Yarımstansiyasının tikintisi də davam edir.
Ağdaş şəhərinin, Ləki
qəsəbəsinin küçələrində və kəndlərdə
müxtəlif ölçülü qaz xətləri yenisi ilə
əvəz olunub. Tofiqi,
Əmirmahmud, Qarağan-Saat, Bəylik,
Güvəkənd və Əmirarx kəndlərinə təbii
qazın verilməsi üçün 989 yeni qaz sayğacı
quraşdırılıb və müxtəlif ölçülü
qaz xətləri çəkilib. Tofiqi kəndinə artıq təbii qaz verilib.
Ağdaşda sənaye sahələrinin
inkişafına da ciddi
fikir verilir. Belə ki, "Orelay" şirniyyat istehsalı müəssisəsinin yeni istehsal sexinin,
beton istehsalı zavodunun
tikintisində işlər tamamlanmaq
üzrədir. Qarışıq yem
istehsalı, kərpic və dam
örtükləri istehsalı müəssisələrinin tikinti işləri davam edir. Onu da
öyrəndik ki, il başlayandan əvvəlki ilin
eyni dövrü ilə
müqayisədə 4,9 faiz çox sənaye məhsulu istehsal
olunub.
Rayonun Ərəbocaq kəndində
1200 başlıq müasir tipli
heyvandarlıq kompleksinin tikintisində son tamamlama işləri görülür. Kompleksə bu yaxınlarda Macarıstandan 400 baş yerli şəraitə
uyğun ətlik və südlük
mal-qara gətirilib. 1000 hektar
sahədə biyan yetişdirilməsinə
və biyan istehsalı müəssisəsinin
yaradılmasına başlanılması əhalinin işlə
təminatı baxımından da çox faydalı olacaq.
Telman
NƏZƏRLİ
Azərbaycan. - 2013.- 22 avqust.- S. 6.