Bakıda Heydər
Əliyev Fondunun dəstəyi ilə IV muğam televiziya
müsabiqəsi davam edir
Xəbər verdiyimiz kimi, Heydər
Əliyev Fondunun dəstəyi və Azərbaycan
Mədəniyyət Fondunun layihəsi əsasında
Beynəlxalq Muğam Mərkəzində
IV muğam televiziya
müsabiqəsi keçirilir.
Müsabiqənin
üçüncü həftəsində
Xətai Hacıyev, Gültəkin Məmmədova, Mirpaşa Şükürov
və digər istedadlı xanəndələr Beynəlxalq Muğam Mərkəzinin səhnəsinə
çıxmışlar. Onlar 500-dən çox gəncin içindən seçilərək
Bakı səhnəsində ifa etmək hüququ qazanmış və müsabiqənin
üçüncü həftəsinə
vəsiqə alan
iştirakçılardır.
"Qatar",
"Segah", "Zəminxarə",
eləcə də digər təsnifləri böyük
şövq və həvəslə ifa edən gənclər peşəkar
münsiflər heyəti tərəfindən qiymətləndirilmişlər.
Heydər
Əliyev Fondunun dəstəyi ilə
keçirilən IV muğam televiziya müsabiqəsi gənc nəslin bu sənətə marağını
artırmaqla yanaşı, istedadlı gənclərin üzə
çıxarılmasında, tanınmasında da müstəsna rol
oynayır.
Dördüncü muğam
televiziya müsabiqəsi həftədə
iki dəfə - çərşənbə
axşamı və cümə axşamı keçirilir.
Müsabiqənin bütün konsertləri
Azərbaycan Televiziyası və "Mədəniyyət"
kanalı ilə canlı yayımlanır.
AzərTAc
Azərbaycan. - 2013.- 22 avqust.- S. 7.