Bakının fasiləsiz
elektrik enerjisi ilə
təmin olunması üçün tədbirlər
görülür
Elektrik enerjisinin
tələbatçılara daha keyfiyyətli
və dayanıqlı şəkildə
çatdırılması, itkilərin
qarşısının alınması enerji
sistemi üçün
çox vacib məsələlərdəndir.
Bu baxımdan ötürücü
şəbəkənin yeniləşməsi, yeni
yarımstansiya və yüksək gərginlikli xətlərin
inşası, mövcud olanların yenidən
qurulması mühüm əhəmiyyət
kəsb edir.
"Azərenerji"
ASC-nin mətbuat xidmətindən
bildirmişlər ki, bu
ilin əvvəlindən 35-500 kilovoltluq (kV) elektrik verilişi xətləri
təmir olunmuşdur. Bundan əlavə, 220 kV-lik "Zabrat"
yarımstansiyası, 220 kV-lik ikidövrəli
"Şimal elektrik
şəbəkəsi (ES)-Hövsan" və
220 kV-lik "Şimal
ES-Zabrat-Sənaye Qovşağı yarımstansiyası (YS)-Sumqayıt ES" hava xətlərinin
tikintisi layihəsi üzrə işlər
başa
çatdırılmışdır. "Şimal"
Elektrik Stansiyasında gücü
409 meqavat olan
2-ci buxar-qaz qurğusu
tikilib istismara verilənə
kimi göstərilən hava
xətləri "Sənaye Qovşağı" YS -
Sumqayıt ES - "Zabrat" YS - "Hövsan" YS sxemi
üzrə işdə olacaq.
Bakının
dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında müstəsna
rol oynayacaq bu layihə üzrə tikilmiş
ikidövrəli 220 kV-lik hava
xətlərinin ümumi uzunluğu
95 kilometrdən artıqdır. Bu əhəmiyyətinə
görə son vaxtlar
həyata keçirilən ən mühüm
infrastruktur layihələrdən hesab olunur.
Azərbaycan. - 2013.- 22 avqust.- S. 8.