Metallurgiya məhsulları istehsalında və kimya sənayesində artım var

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 232,5 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, istehsalın həcmi metallurgiya sənayesində 11,4 faiz artıb. Yanvar-iyul ayları ərzində sahə üzrə 1,2 min tonya 2 dəfə çox çuqun tökmə, 121,8 min ton polad tökmə məhsulları, 47,2 min ton polad borular istehsal edilib.

DSK-nın digər məlumatında isə bildirilir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezinplastmas məmulatların istehsalı müəssisələri tərəfindən 161,5 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə kimya sənayesində 12,7, əczaçılıq məhsullarının istehsalında 30,7 faiz artım müşahidə olunub.

Əsas kimya məhsullarından izopropil spirtinin istehsalı 71,6, polietilenin istehsalı 2,1, lak-boya məmulatlarının istehsalı 30,6 faiz artıb.

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 5.