Gəmi lövbərləri
haqqında dövlət standartı təsdiq olunub
Azərbaycan
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri
ilə "Gəmi lövbərləri. Ümumi
texniki şərtlər" dövlət
standartı təsdiq edilib.
Standartın tətbiq
vaxtı 2013-cü il oktyabrın 1-dən
müəyyən edilib. Bu
standart hərbi suüstü
gəmilərdə, ticarət gəmilərində və digər
üzən vasitələrdə istifadə edilən "Xolla" və "Admiralteysk"
tipli lövbərlərə şamil olunur. Standartda gəmi lövbərlərinin konstuksiyası
və əsas ölçüləri, lövbərlərə
olan texniki və təhlükəsizlik
tələbləri öz əksini
tapıb.
Qeyd edək ki,
standart Azərbaycan Dövlət Dəniz
Administrasiyası tərəfindən işlənərək
komitəyə təqdim edilib.
Azərbaycan. - 2013.- 22 avqust.- S. 5.