Mali Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab İbrahim
Bubakar Keytaya
Hörmətli
cənab Keyta,
Mali Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki,
birgə səylərimizlə Azərbaycan Respublikası ilə
Mali Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin
daha da
inkişafına və genişlənməsinə nail olacağıq.
Sizə
möhkəm cansağlığı, xoşbəxtlik, dost Mali xalqının
rifahı naminə qarşıdakı fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı,
21 avqust
2013-cü il
Azərbaycan. - 2013.- 22 avqust.- S. 1.