Azərbaycanın
BMT-dəki nümayəndəliyi E.Məmmədyarovun BMT-nin baş katibinə
müraciətini Baş Məclisə və
Təhlükəsizlik Şurasına təqdim etmişdir
Azərbaycan
Respublikasının BMT-dəki nümayəndəliyi Azərbaycanın
Ermənistan tərəfindən işğal
edilmiş
Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda
Ermənistan hakimiyyət orqanlarının qanunsuz
fəaliyyəti ilə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müraciətini BMT-nin
baş katibinə
çatdırmışdır.
Baş Məclisin
gündəliyin 34, 39, 67, 69 və 83-cü maddələrinə müvafiq olaraq Baş Məclisdə
və Təhlükəsizlik Şurasında yayılacaq məktubda
Azərbaycan xarici siyasət idarəsinin
başçısı Yerevanın atəşkəs rejimindən
sui-istifadə etməsi, Azərbaycanın işğal
edilmiş ərazilərində demoqrafik,
mədəni və fiziki xarakterli
dəyişikliklər aparılması barədə beynəlxalq
ictimaiyyətə məlumat vermişdir.
Ermənistanın
hakimiyyət orqanları beynəlxalq hüququn,
1949-cu il Cenevrə
Konvensiyasının, BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinin
normalarını pozaraq, Baş
Məclisin rəyinə məhəl
qoymayaraq, yeni yaşayış məntəqələri
inşa etməyə, aeroportu
bərpa etməyə, yollar çəkməyə,
yaşayış məntəqələrinin adlarını dəyişdirməyə
davam edir. Müraciətdə deyilir ki, kütləvi informasiya vasitələrinin məlumatına
görə, Ermənistanın hakimiyyət orqanları işğal edilmiş Qubadlı rayonu ərazisində
150 mənzillik yeni
bina inşa etməyi,
Kəlbəcərdən Ermənistanın Vardenis
rayonuna yol çəkməyi planlaşdırırlar. Bundan əlavə, Ermənistan Suriyadan
olan erməni qaçqınları Azərbaycanın işğal edilmiş
rayonlarında qanunsuz şəkildə
məskunlaşdırmaq siyasətini davam etdirir. Dəqiq məlumatlara görə, 24 erməni
ailəsi Laçına, 7-si Zəngilana,
27-si Kəlbəcərə köçürülmüşdür.
Tezliklə Azərbaycanın işğal edilmiş ərazilərinə daha
18 ailə köçürüləcəkdir. E.Məmmədyarov
vurğulamışdır ki, Ermənistan bu qanunsuz fəaliyyəti ilə Azərbaycanın
torpaqlarının işğalına görə özünə
bəraət qazandırmaq üçün Suriyadakı faciəli müharibədən
istifadə edir. Bu, Ermənistanın həmin əraziləri
zəbt etməyə yönəldilmiş pozucu mövqeyini bir daha təsdiq edir.
Vaxtilə
ATƏT-in Minsk qrupunun
rəhbərlik etdiyi iki
missiya Azərbaycanın təşəbbüsü
ilə Azərbaycanın işğal edilmiş ərazilərinə getmiş
və beynəlxalq humanitar hüququn
norma və prinsiplərinin pozulması ilə
bağlı bir sıra halları qeydə
almışdır. Azərbaycanın xarici siyasət idarəsinin
başçısı
vurğulamışdır ki,
yuxarıda deyilənlərə baxmayaraq, dünya birliyinin mövqeyi, o cümlədən
ATƏT-in Minsk qrupu
həmsədrlərinin Ermənistanı təkidlə qanunsuz fəaliyyəti dayandırmağa
çağırmaları Ermənistanın hakimiyyət
orqanlarını pozucu fəaliyyətə
son qoymağa məcbur
edə bilməmişdir.
Ermənistan
beynəlxalq birliyin rəyinə məhəl
qoymamağa davam edir, beynəlxalq hüquq
normalarını pozur, bununla
da Azərbaycanın səbir
kasasını daşdırır. Siyasi
danışıqlar aparmaq cəhdləri nəticə vermədiyi üçün status-kvo
vəziyyətinin davam etməsi
ağlasığmaz nəticələrə gətirib
çıxara bilər və buna görə
bütün məsuliyyət Ermənistanın
üzərinə düşəcəkdir. Sonda
E.Məmmədyarov həmin qurumlara
müraciət edərək, onları Azərbaycanın işğal edilmiş ərazilərində
Ermənistanın qanunsuz fəaliyyətini
dayandıra biləcək təxirəsalınmaz addımlar atmağa
çağırmışdır.
Yusif
BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.