Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətdir

 

Prezident İlham Əliyev 4 gün ərzində 7 rayona səfəri zamanı 24 sosial infrastrukturun - iri avtomobil yollarının, mədəniyyət mərkəzlərinin, Olimpiya idman komplekslərinin, yeni məktəb və uşaq bağçalarının, elektrik stansiyalarının, mühüm turizm obyektlərinin açılışında iştirak edib

"Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" deməklə səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev ötən 10 ildə respublikamızda dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ictimai həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində bir sıra mühüm addımlar atmışdır.

Ötən dövrün sosial-iqtisadi uğurlarla müşayiət olunan inkişaf göstəriciləri  Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerjikommunikasiya layihələrinin lokomotivinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın hər bir sahədə yüksək dinamizmlə inkişaf etdiyini təsdiqləyir. Azərbaycanın ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilməsi ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin elmi əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını göstərir. Cənab İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini, vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir.

Azərbaycanı regionda əsas söz sahibinə çevirmiş qlobal enerji layihələrinin reallaşdırılmasında ardıcıllığın təmin olunması, iqtisadiyyatda liberallaşdırma Prezident  İlham Əliyevin ötən 10 ildə xüsusi diqqət yetirdiyi məsələlərdəndir. İstər sosial-iqtisadi inkişaf göstəriciləri, istərsə də demokratik ənənələrin cəmiyyət tərəfindən əxz olunması baxımından "Avropa ailəsi"nin nüfuzlu üzvü kimi tanınan Azərbaycan ötən müddətdə Avropa dövlətlərinin enerji təhlükəsizliyində də mühüm rol oynamaqdadır.

Respublikamızda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ana xətti kimi diqqəti çəkir. Yeni neft strategiyası çərçivəsində böyük iqtisadi-siyasi dividendlərə yol açan qlobal enerjikommunikasiya layihələrinin reallaşdırılması, qeyri-neft sektoruna diqqətin artırılması hesabına iqtisadi inkişafdakı yüksək dinamizmin neftdən asılılıq dərəcəsinin azaldılması, regionların tarazlı və davamlı inkişafı, yeni müəssisələrin yaradılması, bölgələrin tarixi məşğulluq ənənələrinin bərpası yolu ilə yeni yerlərinin açılması, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi ötən 10 ildə cənab İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələr olmuşdur.

Dövlət başçısı İlham Əliyevin 2009-cu il 14 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın başlıca məqsədi bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Sahibkarlığın inkişafı da ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Dövlət Proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçikorta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi; sahibkarlıq fəaliyyətinin sahə, regionaltexnoloji baxımdan strukturunun optimallaşdırılması; kiçik, ortairi müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi; sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması, o cümlədən sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və s. strukturların yaradılmasının davam etdirilməsi; ticarət yarmarkalarının yaradılması; yerli iqtisadiyyatın yönümünü nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması; sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur.

Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin son 10 ildə imzaladığı 50-yə yaxın Dövlət Proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların aparılmasının əsasını qoymuşdur. İnkişaf prosesində ahəngdarlıq, yüksək dinamizm təmin edilmiş, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin tez bir zamanda aradan qaldırılmasına yönəldilmişdir. İnkişaf, sosial təminat və strukturyönümlü bu layihələr, ilk növbədə, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasına, insan hüquq və azadlıqlarının təminatına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsinə, bir sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.

Dövlət başçısının praqmatizmə və real əməli işə söykənən siyasətinin əsasında məhz insan və şəxsiyyət amili dayanmışdır. Cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır", - deyə hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən dövlət başçısı eyni zamanda Nazirlər Kabinetinin müntəzəm olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Dövlət başçısı ötən 10 ildə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Dövlət başçısının qətiyyəti və prinsipiallığı hökumətin daha çevik və məsuliyyətli fəaliyyətini şərtləndirməklə yanaşı, həyata keçirilən islahatların səmərəli nəticələr verməsini də təmin etmişdir.

Prezident İlham Əliyev iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib: "Regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmaqdadır. Regionlara mənim mütəmadi səfərlərim imkan verir ki, vəziyyətlə yerində tanış olummüvafiq göstərişlər verim. Deyə bilərəm ki, bütün bölgələrdə, bütün rayonlarda çox ciddi inkişaf gedir, canlanma, çox gözəl əhval-ruhiyyə vardır. Quruculuq-abadlıq işləri üstünlük təşkil edir. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır. İşsizlik, demək olar ki, aradan qaldırılır. Bütövlükdə bu ilin əvvəlində işsizliyin səviyyəsi 5 faizdən bir qədər çox idi. Hesab edirəm ki, ilin sonuna qədər bu rəqəm daha da azalacaqdır. Amma o da həqiqətdir ki, 5 faiz səviyyəsində işsizlik istənilən ölkə üçün arzuolunan rəqəmdir. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır. Əlbəttə ki, bu, çox ciddi sosial problemlərə gətirib çıxarır. İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş ən əsas vəzifələrdən biri idi. On il ərzində

1 milyon 180 min yeni yeri açılmışdır. Bu ilin  altı ayında 55 min yeri yaradılmışdır. Onlardan 45 mini daimi yeridir. Yəni, bu proses davam edir bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti, əlbəttə ki, yeni yerlərinin açılmasına gətirib çıxarır".

Regionların qeyri-proporsional inkişafının qarşısının alınması, yeni yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə ötən dövrdə imzaladığı sənədlərin icra vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqət çəkir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin dərhal həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Dövlət başçısı 2003-2012-ci illərdə demək olar ki, bütün rayonlara səfərlər etmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə maraqlanmış, tapşırıq tövsiyələrini vermişdir.

Prezident İlham Əliyev bu günlərdə şimal şimal-qərb bölgəsinə 4 günlük səfəri zamanı 24 sosial obyektin açılışında iştirak etmiş, 4 obyektdə isə aparılan tikinti-yenidənqurma işləri ilə tanış olmuşdur. Ölkə başçısının İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Balakən Zaqatala rayonlarına səfərləri adıçəkilən rayonlarda iri avtomobil yollarının, mədəniyyət mərkəzlərinin, Olimpiya idman komplekslərinin, yeni məktəb uşaq bağçalarının, elektrik stansiyalarının, mühüm turizm obyektlərinin açılışı ilə əlamətdar olmuşdur.

Prezident İlham Əliyev Balakəndə Mədəniyyət Mərkəzinin açılışı zamanı bildirib: "Hər bir bölgənin uğurlu inkişafı nəticədə ölkəmizin inkişafını təmin edir. O ki qaldı iqtisadi məsələlərə, iqtisadi islahatlar aparılır bu ilin 7 ayının göstəriciləri çox müsbətdir. İqtisadiyyat artır, qeyri-neft sektoru təxminən 11 faiz artmışdır. Bu da dünyada rekord göstəricidir. Bütün maliyyə, iqtisadi böhranlar Azərbaycandan yan keçir. Ona görə yox ki, Azərbaycanı əhatə edə bilmir. Ona görə ki, Azərbaycanda bəzi başqa ölkələrdən fərqli olaraq, düşünülmüş siyasət aparılır heç vaxt lazımsız borclanma siyasəti aparılmır. Biz öz hesabımıza yaşayırıq, müstəqil yaşayırıq. Ölkəmiz gündən-günə güclənir iqtisadi müstəqilliyi nəticəsində siyasi müstəqilliyini təmin edir.

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətdir. O dövlətdir ki, uğurla, inamla irəliyə gedir. Bizim üçün bütün hədəflər müəyyən edilibdir. Biz inkişaf etmiş ölkəyə çevrilməliyik çevriləcəyik. Buna nail olmaq üçün, əlbəttə ki, hər bir vətəndaşın töhfəsi çox vacibdir. Balakənlilər həmişə olduğu kimi, Vətənə, dövlətə, dövlətçiliyə sadiqdirlər, öz işləri ilə bizim ümumi işimizə təkan verirlər. Belə gözəl binaların yaradılması, əlbəttə ki, dediyim sözlərin sübutudur".

Əldə olunan nəticələr bu qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 1.