Məcburi
köçkünlərə yemək xərci üçün
verilən aylıq müavinətin artırılması
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq məcburi
köçkünlərin sosial müdafiəsini
gücləndirmək məqsədilə qərara alıram:
1. "Məcburi köçkünlərə yemək
xərci üçün verilən
aylıq müavinətin artırılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 23 dekabr tarixli 1926 nömrəli sərəncamının
1-ci hissəsi ilə müəyyən edilmiş
aylıq müavinətin məbləği 2013-cü il sentyabrın 1-dən 10 faiz
artırılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 22 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 23 avqust.- S. 1.