Vitse-spiker: Sessiyanın gündəliyindən asılı olmayaraq, Azərbaycan nümayəndə heyəti Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünü gündəmə gətirəcəkdir

 

ATƏT Parlament Assambleyasının payız sessiyası 13-14 oktyabr tarixlərində Çernoqoriyanın Budva şəhərində keçiriləcəkdir.

Bu barədə Milli Məclisin sədr müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova mətbuata açıqlamasında demişdir. B.Muradova bildirmişdir ki, sessiyanın gündəliyi tam dəqiqləşməsə də, Avropa məkanındakı müəyyən məsələlər müzakirə mövzusu olacaqdır. Onun sözlərinə görə, tədbirdə insan hüquqları mövzusunda da müzakirələrin aparılacağı gözlənilir.

Milli Məclisin sədr müavini nəzərə çatdırmışdır ki, sessiyanın gündəliyindən asılı olmayaraq, Azərbaycan nümayəndə heyəti bu tədbirdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü gündəmə gətirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.