Rus və ingilis
dillərində çap olunmuş
«Dağlıq Qarabağda narkotrafik»
adlı xüsusi kitabça
beynəlxalq ictimaiyyətə çatdırılacaqdır
Bu gün
Azərbaycanda narkotiklərin qeyri-qanuni
dövriyyəsi, eləcə də narkomanlıqla mübarizə
istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bununla belə,
Azərbaycanın işğal olunmuş ərazilərdən narkotiklərin
daşınması üçün
istifadə edilməsi çox ciddi narahatlıq doğurur.
Narkotiklərə
qarşı Milli Təbliğat Ofisindən
AzərTAc-a bildirmişlər ki, dünya üzrə narkotiklərin 90 faizi Əfqanıstanda istehsal
olunaraq Rusiyanın və Avropanın qara bazarlarına daşınmaqdadır. Azərbaycanın coğrafi cəhətdən
Əfqanıstandan daşınan narkotiklərin tranziti yolunun üzərində
yerləşməsi ilə bağlı yaranan
təhlükələr, eyni zamanda, narkotiklərin Cənubi Qafqazın daha çox münaqişəli
ərazilərindən keçirilməsi cəhdlərinə dair məlumatların öz
təsdiqini tapması, sözsüz ki, Azərbaycanı narahat
etməyə bilməz.
Müxtəlif mənbələrdən
alınmış məlumatlara görə, narkotiklərin Rusiya və Avropaya Azərbaycanın
ayrılmaz ərazisi olan Dağlıq
Qarabağın üzərindən daşınması
faktları mövcuddur. Bir müddət əvvəl
Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının uğurlu əməliyyat tədbirləri nəticəsində
ifşa olunmuş
cinayətkar dəstənin ilkin ifadələri
bir daha sübut etmişdir ki, Dağlıq Qarabağ
ərazisindən nəinki narkotiklər cənubdan şimala daşınır, eyni zamanda orada
narkotik bitkilərin yetişdirilməsi və
emalı prosesi də həyata keçirilir.
Narkotiklərə
qarşı Milli Təbliğat Ofisinin analitik ekspert qrupu müxtəlif
məlumat mənbələrinə istinadla
prosesləri təhlil etmiş və nəticə
etibarı ilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan
ərazilərində narkotiklərlə bağlı vəziyyəti
əks etdirən "Dağlıq Qarabağda
narkotrafik" adlı xüsusi
kitabça hazırlanmışdır.
Kitabçanın
hazırlanmasında məqsəd beynəlxalq ictimaiyyətin
diqqətini bir daha bu aktual problemə yönəltməklə,
Dağlıq Qarabağı işğal
altında saxlayan qüvvələrin bu istiqamətdə qanunsuz
fəaliyyətinin nəinki regionda sülhün və təhlükəsizliyin təmin
olunmasına, eyni zamanda,
böyük dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla regional əməkdaşlığın
inkişafına mənfi təsir göstərdiyini diqqətə
çatdırmaqdan ibarətdir. Rus və ingilis dillərində çap
olunmuş kitabçanın ölkəmizdə
akkreditə olunmuş diplomatik
korpusa, habelə Xarici
İşlər Nazirliyinin və Azərbaycanın
digər ölkələrdəki səfirliklərinin köməyi
ilə beynəlxalq ictimaiyyətə
çatdırılması nəzərdə tutulmuşdur.
Ofisdən onu
da bildirmişlər ki,
bu, ilkin
addımdır və növbəti mərhələlərdə
toplanmış məlumatların əsasında regionu əhatə edəcək hesabatın
hazırlanması planlaşdırılır. Daha
sonra isə bu məlumatların
2013-cü il üzrə dünyada
narkotiklərə dair illik
hesabatda yer alması
istiqamətində iş
aparılacaqdır.
Ofisdə hesab edirlər ki, bütün bunlar BMT və
onun müvafiq çərçivəsində
Dağlıq Qarabağda narkotiklərlə
bağlı qanunsuz fəaliyyətə son qoyulmasını nəzərdə tutan xüsusi bir qətnamənin hazırlanması məsələsinin
gündəmə gətirilməsinə şərait yarada bilər.
Narkotiklərə
qarşı Milli Təbliğat Ofisi Dağlıq Qarabağda
qeyri-qanuni istehsal olunan narkotiklərin region
ölkələrinin inkişafına və insanların həyatına,
bütövlükdə dünya birliyinə
yaratdığı təhlükəni bioloji
terror hesab edir və bunun
qarşısını almaq üçün daha qəti
addımlar atmağa səsləyir.
AzərTAc
Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.