«Seçki
prosesinə qeyri-qanuni müdaxilənin
yolverilməzliyi» mövzusunda məlumat
sessiyaları başlayır
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası (MSK) seçkilərin hazırlanıb
keçirilməsi ilə bağlı layihələrini davam etdirir. MSK
Katibliyinin media və ictimai əlaqələr şöbəsindən
AzərTAc-a bildirmişlər ki, Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının, Mərkəzi Seçki
Komissiyasının və ATƏT-in Bakı ofisinin
təşkilatçılığı ilə "Seçki prosesinə qeyri-qanuni
müdaxilənin yolverilməzliyi" mövzusunda
məlumat sessiyaları həmin layihələrdən biridir.
Məlumat
sessiyaları rayonların icra hakimiyyətləri
başçıları və dairə seçki
komissiyalarının (DSK) sədrləri üçün
təşkil ediləcəkdir. Bu sessiyaların keçirilməsinin məqsədi
icra hakimiyyəti başçıları
və dairə seçki
komissiyalarının sədrləri ilə seçki
prosesinə qeyri-qanuni müdaxilənin
yolverilməzliyi haqqında fikir mübadiləsi
aparmaqdır. Məlumat sessiyalarının avqustun 23-də Bakıda, avqustun
27-də Mİngəçevirdə və bu
ayın 30-da Şirvan şəhərində
müvafiq bölgələrin rayon (şəhər) icra
hakimiyyətləri başçıları və DSK sədrləri
üçün keçirilməsi nəzərdə
tutulmuşdur.
Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.