Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı uğurla inkişaf edir

 

Avqustun 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafından söhbət açan müdafiə naziri hərbi əməkdaşlıq sahəsində də uğurların əldə olunduğunu qeyd etmişdir.

Görüşdə İsmayıl Alper Coşkun ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeleri nazir Səfər Əbiyevə təqdim etmişdir.

 Yeni attaşeyə fəaliyyətində yüksək nailiyyətlər arzulayan Azərbaycanın müdafiə naziri sabiq hərbi attaşe briqada generalı Yücel Karaüzə də Azərbaycanda çalışdığı müddətdə səmərəli işinə görə öz təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.