Azərbaycan Yaponiya ilə əlaqələrə böyük önəm verir
Avqustun 22-də Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Yaponiyanın
müdafiə nazirinin parlamentar
müavini Masahisa Sato, birinci katib
Ginga Kobayaşi,
Müdafiə Nazirliyinin əməkdaşları,
Dəniz Müdafiə Qüvvələrinin
kapitan-leytenantı Kenci Okumura,
Yaponiyanın Azərbaycandakı
səfiri Şusuke Vatanabe,
Hərbi attaşe Hiroki
İşidadan ibarət nümayəndə
heyəti ilə görüşmüşdür.
SAM-ın
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki
ölkə arasında mövcud olan sıx dostluq
münasibətlərindən danışan Fərhad Məmmədov
Azərbaycanın Yaponiya ilə əlaqələrə
böyük önəm verdiyini
xüsusilə vurğulamışdır.
Görüşdə
iki dövlət arasındakı ikitərəfli
münasibətlərin formalaşması və inkişaf mərhələləri, ölkələrin
yerləşdiyi müvafiq regionlarda
siyasi-iqtisadi vəziyyəti, eləcə
də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və onun həlli
yolları mövzuları müzakirə olunmuşdur.
Qonaqlar gələcəkdə Yaponiya və Azərbaycan
arasındakı əlaqələrin daha da möhkəmlənməsi üçün
öz dəstəklərini əsirgəməyəcəklərini
qeyd etmişlər.
Tədbirdə
rəsmi şəxslər, Xarici
İşlər Nazirliyinin və SAM-ın
əməkdaşları və s. qonaqlar da iştirak
etmişlər.
Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.