Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
sədri Sumqayıtda vətəndaşları qəbul etmişdir
Avqustun 22-də Dini
Qurumlarla İş
üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Sumqayıt şəhərində
vətəndaşları qəbul etmişdir.
Komitənin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Sumqayıt Tarixi Muzeyində keçirilən qəbulda
DQİDK-nın sədri Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından gəlmiş
dindarların, sakinlərin müraciətlərini və təkliflərini
dinləmiş, problemləri ilə maraqlanmışdır.
Vətəndaşların
müraciətləri əsasən ibadət yerlərinin tikintisi və bərpası, dini
mağazaların fəaliyyəti, həmçinin dini icmaların qeydiyyatı ilə
bağlı olmuşdur.
Qəbulda iştirak edən DQİDK-nın struktur rəhbərlərinə müraciətlərin
həlli istiqamətində müvafiq
tapşırıqlar verilmişdir.
Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.