2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslərin
Vətəndaş və İnkişaf
Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınması haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
№ 17/105
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan
Respublikasının prezidentliyinə
namizəd irəli sürmüş Vətəndaş
və İnkişaf Partiyası 2013-cü il 5 avqust tarixli 3 saylı iclasının 2 saylı qərarı ilə səlahiyyətli nümayəndələr təyin
etmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədləri Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş
müddətdə və
qaydada müvafiq araşdırma aparıb həmin şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslər
Vətəndaş və İnkişaf
Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
- Vaqif Şirin oğlu Şirinov
- Rasul Əlixan oğlu Məmmədov
- Malik Mirzalı oğlu Quliyev
- Tahir İslam oğlu Müzəffərov
- Yasin Xaləddin oğlu Məmmədov
- Azər Mirzağa oğlu Hüseynov
- Cavid Bəyverdi oğlu
Alışov
- Əli
Müzəffər oğlu Mustafayev
- Adil Əhməd oğlu
Əhmədov
- İbrahim Sərvər oğlu
İbrahimov
-
İsmayıl Beyitxan oğlu
İsmayılov
- Sovet Firudun oğlu
Qəniyev
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
22.08.13
Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.