Bəzi dairə seçki komissiyalarının tərkibində
dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
¹ 17/107
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə
uyğun olaraq qərara
alır:
1. Şəlalə
Kəmaləddin qızı İbrahimova 7
saylı Ordubad-Culfa seçki
dairəsi dairə seçki
komissiyasının həlledici səs hüquqlu
üzvü vəzifəsindən
vaxtından əvvəl azad edilsin.
2. Novruz Paşa oğlu Novruzov 3 saylı Babək-Kəngərli-Naxçıvan,
Rafiq İslam oğlu Əsədov 7 saylı Ordubad-Culfa,
İmamyar Bilman oğlu İsmayılov 39 saylı Kəpəz
birinci (Gəncə), Seymur
Bəxtiyar oğlu Əliyev 81 saylı
Beyləqan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs
hüquqlu üzvü
təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
22.08.13
Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.