2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində seçki
komissiyalarının səsvermənin nəticələrinə
dair yekun
protokollarının hazırlanma qaydası və sayı barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
¹ 17/106
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
100.1-100.6-cı maddələrinin tələblərinə
görə, səsvermə protokollarının
hazırlanması qaydası, mətni və forması,
onların sayı, hazırlanmasına aid
tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə
səsvermə gününə ən geci
45 gün qalmış təsdiq edilməli
və həmin protokollar səsvermə
gününə ən geci 30 gün qalmış müvafiq
qaydada hazırlanmalıdır.
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/43 və 6/44
saylı qərarları ilə təsdiq edilmiş
müvafiq İzahlarla
Azərbaycan Respublikası Prezidentinin
seçkiləri ilə əlaqədar səsvermənin nəticələrinə
dair məntəqə və dairə seçki komissiyalarının yekun protokolları nümunələrinin
forma və mətni müəyyən olunmuşdur.
2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikasının Prezidentinin
seçkilərlə əlaqədar səsvermənin nəticələrinə
dair müvafiq seçki komissiyalarının protokolları
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma
və mətninə, habelə seçkilər keçiriləcək
seçki dairələrinin və seçki məntəqələrinin sayına
uyğun olaraq bir-bir, ardıcıl nömrələnməklə
və seriyaları göstərilməklə, 3 nüsxədən
ibarət olmaqla hər bir
nüsxəsi müxtəlif rəngdə
karbonlaşdırılmış kağızdan buklet formasında, habelə həmin
qurumların hər biri üçün
30 ədəd nömrələnməmiş və
karbonlaşdırılmamış kağızdan Azərbaycan
Respublikasının Milli Məclisi
Aparatının mətbəəsində mətbəə üsulu ilə cari ilin oktyabr ayının 8-dək
hazırlanmalıdır.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası yuxarıda qeyd edilənləri
əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14,
25.2.6, 25.2.11, 28.2,
28.4 və 100-cü maddələrinə uyğun
olaraq qərara alır:
1.
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Prezidentinin seçkiləri ilə əlaqədar
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma
və mətninə uyğun olaraq, bir-bir,
ardıcıl nömrələnməklə və
seriyaları göstərilməklə, 3 nüsxədən
ibarət, hər bir nüsxəsi müxtəlif
rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla,
seçkilər keçiriləcək dairə və məntəqə
seçki komissiyaları üçün
onların sayına uyğun olaraq, habelə həmin qurumların
hər biri üçün
30 ədəd nömrələnməmiş və
karbonlaşdırılmamış kağızdan səsvermənin
nəticələrinə dair müvafiq seçki
komissiyalarının protokolları cari ilin sentyabrın 10-dək Azərbaycan
Respublikası Milli Məclisi
Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.
2. Qərarın
icrası öz səlahiyyətləri
daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və
Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mətbəəsinə həvalə edilsin.
3. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
22.08.13
Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.